Erməni Sergey Danilyan: "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!

Erməni Sergey Danilyan: "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!Erməni Sergey Danilyan: "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!"
Rusiyalı prodüser Sergey Danielyanın "Facebook" sosial şəbəkəsindəki şəxsi profilində paylaşdığı yazısı Azərbaycan ictimaiyyətinin diqqətini çəkib.
O, paylaşımında Azərbaycan Respublikasının Prezidentini ad günü münasibətilə təbrik edib.
Media.Az S.Danielyanla əlaqə yaradaraq onunla həmsöhbət olub.
Məlum olub ki, prodüser Bakı şəhərində doğulub.
O, öz müsahibəsində Azərbaycanla bağlı xatirələrini bölüşüb. Həmçinin Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini və Müslüm Maqomayevlə tanışlığından danışıb.
Tanınmış prodüser əvvəl məsələnin tarixinə diqqət yetirməyin vacib olduğunu söyləyib.
"Burada iki əsas məqam var: emosional və hüquqi. Emosional tərəfi ilə əlaqədar hər şey çox sadədir. Bu tarixi proseslərdə ən çox əziyyət çəkən biz, Bakı erməniləri oldu. Biz Bakıda gözəl yaşayırdıq, uşaqlığımda hamımız özümüzü bakılı hesab edirdik. Belə bir millət var idi - bakılılar. Dostlarımın azərbaycanlı valideynləri mənimlə öz övladları kimi davranırdılar. Hamımız Bakını sevirdik və Qarabağ ətrafında bu təlaş başlayana qədər xoşbəxt idik", - deyə S. Danielyan xatirələrini danışarkən qeyd edib.
O bildirib ki, daha sonra yalnız təsəvvür edilə biləcək ən pis hadisələr baş verdi və məhz İrəvan və Qarabağ erməniləri onların həyatına zərbə vurdular.
"Onların öz məqsədləri var idi, bizim haqqımızda düşünmürdülər. Yaxud da ən dəhşətlisi: düşünürdülər, ancaq hesab edirdilər ki, onların həll etdiyi işlər bizim həyatımızdan daha vacibdir.
Sonra hər şey kədərli bir ssenariyə uyğun getdi - başqa bir çıxış yolu olmadığından ermənilər Azərbaycandan köçməyə başladı. Bakı erməniləri Ermənistana getmədilər – biz orada heç kimə lazım deyildik. Özümüz də ora getmək istəmirdik. Bu münaqişəyə səbəb olduqları üçün Ermənistan ermənilərini lənətləyirdik. Bakılılar İsrailə, ABŞ-a getdilər...Amma çoxu Rusiyaya köçdü.  Bir çox Bakı ermənisi Ermənistanın Qarabağ uğrunda apardığı müharibəni lənətləyirdi, ancaq bunu öz daxilimizdə edirdik. Heç kim açıq şəkildə "özünkülərlə" konfliktə daxil olmaq istəmirdi. Hərçənd ki, hansı özümüzkülərdən söhbət gedir... Emosional komponent bax budur... Burası aydındır...
Ancaq məsələnin hüququ tərəfinə gəlincə - hər şey çox sadədir. Beynəlxalq hüququ anlayanlar azdır. Mahiyyəti anlamadan özlərini tamamilə duyğusal şəkildə ifadə edirlər. Sizin icazənizlə mən bu zənciri qurum. Bəzi xalqların etmək istədiyi kimi tarixdə sonsuza qədər uzağa getmək olmaz. Bu, mənasızdır və axmaqlıqdır! Rusiya Alyaskanı geri istəyə bilərmi?! Xeyr. Yaxud, təsəvvür edin İtaliya Roma imperatorluğunun bütün fəth etdiyi ərazilərin qaytarılmasını tələb edir. Sizcə bu realdır? Əlbəttə ki, bu cəfəngiyatdır", deyə erməni əsilli prodüser vurğulayıb.
S. Danielyan əlavə edib ki, II Dünya müharibəsindən sonra BMT yaradılıb, dövlətlərin sərhəd toxunulmazlığına dair beynəlxalq hüquqi sənədlər təsdiq edilib və mövcud dünya düzəni formalaşıb:
"Bütün bu sənədlər təşkilata üzv olan ölkələr tərəfindən imzalanmışdı. İki qonşu dövlətin bir-birin sərhədlərini dəyişdirməsi yalnız demokratik yolla əldə edilən qarşılıqlı razılıq halında mümkündür. Sadəcə bu qədər!
Beləliklə, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu tamamilə aydındır. Bütün mübahisələrə son verilməlidir! Ən ədalətli olan budur! Bir sözlə, Qarabağ Azərbaycana məxsusdur. Siyasi təzyiqlər alınmadı. Danışıqlar heç bir nəticə vermədi və aldıqları şəkildə geri qaytarmaq məcburiyyətində qaldılar. Hər şey ədalətli oldu. Ümumiyyətlə, siz bir söz söyləyəcəyəm: əgər qışqırmasan, əksinə düşünüb beynini işə salsan, onda hər şey tamamilə aydın olar. Ədalət zəfər çaldı. Burada əlavə ediləsi nə var? Ermənistan tərəfi bununla barışmayıb və öz planlarını hazırlayır. Hər şeyə hazır olmaq lazımdır. Ancaq sizin Prezidentiniz nə etdiyini yaxşı bilir",
"Azərbaycanı dəstəklədiklərinə görə ermənilər tərəfindən təzyiqlərlə məruz qalmısızmı?" sualına cavab verən tanınmış prodüser bildirib ki, "Facebook" səhifəsində müəyyən təzyiqlərlə üzləşib.
"Gücsüz qəzəb insanı öldürür. Çalışıram ki, onlarla ünsiyyət qurmayım. Bir təqaüdçü üçün çətin deyil (gülümsəyir)." /oxu.az

Siyasi       Tarix: 29 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri cəbhədən ən son xəbərlər son xeberler bu gun xeberler bugun 2026