Erməni təxribatçılarını himayə edən sülhməramsız kontingent

Erməni təxribatçılarını himayə edən sülhməramsız kontingentBu gün növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti aşkarlanıb.
azxeber.com-un xəbərinə görə, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı videogörüntüdə ərazilərimizdə müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinə məxsus "ZTR-82A" döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli "KamAZ" və üzərində yanacaq çəni olan "KamAZ" avtomobilinin hərəkəti texnikinin müşahidə vasitələrimiz tərəfindən qeydə alınıb. Azərbaycanın Müdafiə Nazirliyi son günlər artıq neçənci dəfədir ki, Rusiya sülhməramlı kontingentin Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qeyri-qanuni erməni dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər maddi-texniki təminat vasitələrinin daşınmasını müşayiət edən görüntülərini yayır.
Bütün bunlar onu göstərir ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli bəyanatın müddəalarının icrası ilə bağlı üzərinə düşən vəzifə borcunu yerinə yetirmir, əksinə, bir sıra hallarda özü onu pozur. Bu isə həm Rusiya sülhməramlı kontingentinə olan etimadı azaldır, eyni zamanda Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni dəstələrinin geniş əl-qol açmasına, Azərbaycan ərazisində növbəti təxribatlara yol açır.
Üzərinə düşən missiyanı yerinə yetirməyən sülhməramlı kontingent mandatının tam əksinə fəaliyyət göstərir, qanunsuz əməllərini gündən-günə artırır, onların bu cür himayəsi isə erməni silahlılarının növbəti təxribatlarına rəvac verir. Ötən il, eləcə də 2021-ci ildə qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri təxribatlar "sülhməramlıların" bu himayəsindən qaynaqlanırdı.
Erməni təxribatçılarını himayə edən sülhməramsız kontingentAzərbaycan dəfələrlə Ermənistana, Rusiya Müdafiə Nazirliyinə və "sülhməramlıların" rəhbərliyinə bu qanunsuzluqlara yol verilməməsi müraciəti ilə xəbərdarlıqlar edib. Lakin Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatlar, foto və videogörüntülə vəziyyətin dəyişmədiyini, "sülhməramlıların" öz amplualarında qaldığını, müvəqqəti yerləşdikləri Azərbaycan ərazisində ikibaşlı oyun oynadıqlarını üzə çıxarır.
Ancaq belə davam edərsə, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımalar və Rusiya sülhməramlı kontingentinin onları müşayiət etməsi Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını reallığa çevriləcək. Bu isə təkcə regionda deyil, bütün dünyada adını "sülhməramlı" qoyan kontingentin missiyasının əsl mahiyyətini ortaya çıxaracaq, eyni zamanda onun daha da nüfuzdan düşməsinə səbəb olacaq. Çünki məramı sülh olan kontingent qanunsuz silahlı birləşmələr üçün silah daşımamalı, silah-sursat daşıyan karvanı müşayiət etməməlidir. Ən azı ona görə ki, qanunsuz silahın, birləşmənin olduğu yerdə sülhdən danışmaq sadəlövhlükdür.

Sosial       Tarix: 25 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


son xeberler yeni xeberler azerbaycan xeberleri şou biznes xəbərləri son xeberler bugun 2026 canli kriminal xeber bu gune olan xeberler