Erməni vətəndaşların Bakı səfəri ilə bağlı MÜHÜM MƏQAMLAR: İki əsas MƏQSƏD VAR

Erməni vətəndaşların Bakı səfəri ilə bağlı MÜHÜM MƏQAMLAR: İki əsas MƏQSƏD VARErmənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri regionda formalaşan yeni siyasi atmosferin mühüm elementlərindən biri kimi dəyərləndirilir. Maraqlıdır, bu səfərin diplomatik və ya siyasi əhəmiyyəti nədir?
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli KONKRET.az-a açıqlamasında bildirib ki, bu təşəbbüs Azərbaycan–Ermənistan münasibətlərində etimadın yaradılması və sülhün inkişafı baxımından ciddi önəm daşıyır.
Erməni vətəndaşların Bakı səfəri ilə bağlı MÜHÜM MƏQAMLAR: İki əsas MƏQSƏD VAR"Hər iki dövlət hazırda vətəndaş cəmiyyəti formatında dialoqa xüsusi diqqət ayırır. Bu cür qarşılıqlı səfərlər böyük ehtimalla Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin avqust ayında ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən görüşündə əldə edilmiş razılaşmalarının tərkib hissəsidir".
Politoloq vurğulayır ki, nundan əvvəl Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistanda səfərdə olublar.
"Səfər çərçivəsində Yerevanda bir sıra görüşlər keçirib, müzakirələr aparıblar. İndi isə Ermənistanı təmsil edən vətəndaş cəmiyyətinin üzvləri Bakıya gəlir. Ermənistanda beyin mərkəzinin nümayəndələri olan şəxslərin səfərinin məqsədi iki ölkə arasında anlaşma yaradılmasına köməklik etməkdir. Onlar qayıtdıqdan sonra Ermənistan cəmiyyəti üçün vacib idealarla çıxış edəcəklər".
M.Rəhimli əlavə edir ki, siyasi qurumların, ictimai təşkilatların, medianın fəaliyyəti üçün zəruri ideyalar verərək, məntiqi mühakimələr ortaya qoyacaqlar.
"Bu isə Ermənistan cəmiyyətində yeni düşüncə formalaşdırmaq deməkdir. Ermənistanın beyin mərkəzinin nümayəndələrinin səfəri hökumət üçün də yeni çağırışlar formalaşdıra bilər. Beləliklə, bu səfər Ermənistan hakimiyyəti ilə erməni xalqının Azərbaycana qarşı obyektiv münasibətinin formalaşmasına xidmət göstərəcək. Bu isə nəticədə sülh prosesinin irəli aparılması və ona dəstəkdir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 22 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun en sonxeber kriminal son xeber.az