Ermənilər ABŞ-da azərbaycanlıların "ovuna" çıxıblar - FOTOFAKT
Ermənilər ABŞ-da azərbaycanlıların "ovuna" çıxıblar - FOTOFAKT
ABŞ-da yaşayan ermənilər azərbaycanlılara qarşı vandalizm aktlarını həyata keçirmək üçün daha bir təxribata əl atıblar.
Oxu.Az-ın xəbərinə görə, ermənilər "Instagram" sosial şəbəkəsində səhifə yaradaraq, Kaliforniyada yaşayan azərbaycanlılar haqqında məlumatlar toplamaq istəyirlər.
Belə ki, onlar Kaliforniyada yaşayan azərbaycanlıların və türklərin yerləri barədə izləyicilərdən məlumat toplamağı qarşılarına hədəfə qoyublar.
Bildirirlər ki, məlumat verən şəxs anonim saxlanılacaq.
Onlar müxtəlif şirnikləndirici vasitələrə əl atırlar. Ermənilər Kaliforniyada yaşayan azərbaycanlılar və türklər haqqında informasiya ötürən şəxslərə 500 dollar mükafat veriləcəyini deyir.
Onlar əsl niyyətlərini isə pərdələyirlər, bildirirlər ki, niyyətləri sülh danışıqlarından ibarətdir.
Bildirək ki, ABŞ-ın Los-Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğu erməni sosial media hesablarından Kaliforniyada, xüsusilə də Los-Ancelesdə yaşayan icma üzvlərimizi hədələyən postlarla bağlı məlumat yayıb.
Konsulluq bununla bağlı dərhal Los-Anceles Polis İdarəsinə məlumat verib. Müraciətdə məsələnin ciddi şəkildə araşdırılması xahiş olunub.
Baş Konsulluq qeyd edib ki, eyni zamanda, Federal Təhqiqatlar Bürosuna (FBI) da müraciət olunacaq.
"Bu, bir sıra radikal və aqressiv erməni qruplarının hədə-qorxu kampaniyasının tərkib hissəsi ola bilər. Hər birinizi bu günlərdə ehtiyatlı və tədbirli olmağa, eyni zamanda təxribatlara əsla uymamağa çağırırıq.
Bununla bağlı hər hansı məlumatla qarşılaşacağınız halda qaynar xəttimiz (1 (310) 447-4616) və ya bu "Facebook" səhifəsinə mesaj göndərərək bizimlə əlaqə saxlamağınızı xahiş edirik", - deyə müraciətdə qeyd olunub.
Qeyd edək ki, iyulun 21-də Los-Ancelesdə erməni diasporu tərəfindən törədilən təxribatlar nəticəsində 30-a yaxın soydaşımız xəsarət alıb.

Aqşin Kərimov

Masallıda kişi evində ölü tapıldı
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Netanyahu onlardan milyonluq təzminat tələb edir
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə