Ermənilər bu dəfə də feministlərdən kömək UMUR - RƏY

Ermənilər bu dəfə də feministlərdən kömək UMUR - RƏY"Ermənilər öz çirkin niyyətlərini davam etdirmək üçün bütün yollara əl atırlar. "Feminist sülh kollektivi" platforması vasitəsilə Azərbaycana qarşı bəyanat səsləndirilməsi ermənilərin növbəti təxribatçı əməllərindən əl çəkməməsinin göstəricisidir".
KONKRET.az xəbər verir ki, bunu Musavat.com-a millət vəkili Azər Badamov "Feminist Sülh Kollektivi" platforması "Total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla/Artsaxla həmrəy olmalıyıq" başlığı ilə bəyanatını şərh edərkən deyib.
O bildirib ki, feministlər Laçın yolunun bağlanması, Qarabağda humanitar böhranın dərinləşməsi və vəziyyətin dözülməzliyi ilə bağlı deyil, əslində, Azərbaycana qarşı birləşməyə çağırış edirlər:
"Növbəti bəyanat LGBT tərəfindən səsləndirilsə, təəccüblənmərik. Ermənilər hər vasitə ilə separatçılığa davam etməyə çalışırlar. Amma Azərbaycan öz suveren torpaqlarında erməni separatizminin davam etməsinə heç bir şəkildə imkan verməyəcək. Azərbaycan çoxmillətli və çoxkonfesiyalı ölkədir. Ermənilər də ölkəmizin digər xalqlarının nümayəndələri kimi konstitusiyamıza uyğun yaşayışlarını davam etdirə bilərlər. Amma erməniləri dəstəkləyənlər sanki onları başqa planetdən gələn buynuzlular kimi fərqləndirmək istəyirlər. Azərbaycana qarşı bəyanatlar səsləndirənlər niyə ancaq Azərbaycanda ermənilərə ərazi verilməsini istəyirlər? Dünyada ermənilərin kompakt şəkildə yaşadıqları Marsel, Los- Anceles və başqa şəhərlər var ki, ermənilər Qarabağdan dəfələrlə çox yaşayırlar. Qoy həmin yerlərdə ermənilərə azad dövlət istəsinlər. Azərbaycan ermənilərə dövlət yaratmaq üçün bir dəfə torpaqlarını güzəştə gedib. İndi ikinci dəfə erməni dövləti üçün ərazi vermək fikrində deyilik. Ermənilər qapı-qapı gəzib yalvararaq Azərbaycana qarşı bəyanatlar qəbul etdirmək əvəzinə, Bakı ilə danışıb birgə yaşayış üçün hazır olduğunu bildirsələr, normal təhlükəsiz həyatlarına davam etdirmək imkanını əldə etmiş olarlar".
Qeyd edək ki, "Feminist Sülh Kollektivi" platforması "Total müharibə, blokada və hökmranlığa qarşı Qarabağla/Artsaxla həmrəy olmalıyıq" başlığı ilə bəyanat yayıb. Bəyanatda 23 apreldən bu günə kimi Qarabağa ("Artsax"a) giriş-çıxışın tam nəzarətdə saxlandığı, son həftələrdə tamamilə məhdudlaşdırıldığı, nəticədə isə ciddi maddi qıtlıq, qaz və elektrik çatışmazlığı, aclıq, tibbi və s. xidmətlərə çıxışın olmaması qeyd olunub.

Siyasi       Tarix: 12 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbər qarabag valyuta mezennesi zelzele