Ermənilər bu ölkədə hərəkətə keçdi - SENSASİON DETALLAR
Qarabağı 30 ildir qan gölünə döndərmiş ermənilər indi də İraqda hərəkətə keçiblər.
KONKRET.azMusavat.com-a istinadən xəbər verir ki, ermənilər "özlərini hüquqlarını həyata keçirmək imkanından məhrum hesab edir və İraqın hakimiyyət orqanlarını digər azlıq qrupları kimi onlara da parlamentdə yer verməyə çağırırlar".
"Ermənilərin (İraqda) uzun və tarixi mövcudluğu var. Nə qədər ki, biz bu ölkədə varıq, İraqı vətənimiz hesab etmişik. Parlamentin kvota sistemində ermənilərin xristianların bir hissəsinə çevrilməsini təmin etmək üçün danışıqlar aparılır", – deyə Bağdaddakı Erməni Pravoslav Kilsəsinin nümayəndəsi Hakob Sugahakayan "Rudaw"a bildirib.
Bildirilib ki, 2004-cü ilə qədər Bəsrədə 350-yə yaxın erməni ailəsi yaşayırdı. Onların sayı indi 150-dən azdır. Keçmişdə Mosulda yaşamış 120 ailədən indi cəmi 3 ailə qalıb və Bağdaddakı ermənilərin sayı 6000-dən 500-ə düşüb. Bu, ardıcıl müharibələr, qeyri-sabitlik və etnik azlıqlara qarşı zorakılıqlarla bağlıdır, ermənilər iddia ediblər.
"Biz hər zaman sabitlik, sülh və təhlükəsizlik, ilk növbədə iraqlılar və bütün dünya üçün dua edirik. Biz müharibələrin baş verməsini istəmirik, çünki hər hansı bir ölkə üçün nəticələr məhv olmaqdan başqa bir şey deyil", – Bağdaddakı erməni keşiş Gevorq Kaşakyan bildirib.
İraqın digər bölgələrindən fərqli olaraq, Kürdüstan ölkənin digər bölgələrində məcburi köçkünlük və zorakılıqdan qaçan ermənilər və digər azlıq qrupları üçün təhlükəsiz sığınacaq olub. İslam Dövlətinin (İŞİD) İraqda baş qaldırdığı 2014-cü ildən bəri Kürdüstana sığınan ermənilərin sayı 1500-dən 3000-ə yüksəlib.
Kürdüstan Bölgəsinin konstitusiyası erməniləri etnik qrup kimi tanıyır, onlara doğma erməni dilində təhsil hüququ verir və parlamentdə bir yer ayırır. Qeyd olunub ki, Kürdüstanda 6 erməni kilsəsi var – Duhok əyalətində dörd, Ərbil və Kərkükdə isə bir. Bildirilib ki, bölgədəki erməni kilsələrində təxminən "1,5 milyon erməninin öldürüldüyü" (?!-M.) qondarma soyqırımla bağlı ucaldılmış abidələr var.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ