Ermənilər Şuşa qalasının "İrəvan" qapısını qəsdən dağıdıb - FOTO

Ermənilər Şuşa qalasının Ağa Məhəmməd şah Qaçarın, çar Rusiyasının və ermənilərin çoxsaylı hücumuna sinə gərməsi ilə dillər əzbəri olan Şuşanın qala divarlarının böyük bir hissəsi işğal dövründə tamamilə dağıdılıb.
AZƏRTAC xəbər verir ki, tarixin bir çox amansız savaşlarının şahidi olan üç girişli bu qalanın təkcə "Gəncə" qapısı günümüzədək salamat qalıb.
Qədim və əzəmətli Şuşa qalasının tarixən 3 istiqamətdən giriş qapısı olub. Bunlar "Gəncə", "Ağoğlan" və indiyədək nişanəsi qalan "İrəvan" qapısıdır. Müxtəlif dövrlərdə - 1905-ci, 1920-ci və 1992-ci illərdə erməni silahlı birləşmələri Şuşaya hücumları zamanı, şəhərlə bərabər qapıları da dağıdıblar.
O dövrdə "İrəvan" qapısının xüsusi əhəmiyyəti vardı. Belə ki, İrəvan xanlığından, Qərbi Azərbaycandan mötəbər qonaqlar və yüklər bu qapıdan keçərək Şuşaya daxil olurdu.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirir ki, "İrəvan" qapısı Şuşa qalasının əsas qapısından biri olmaqla, qalanın Qərb tərəfində yerləşir: "Pənahəli xanın dövründə inşa edilmiş qala qapısı XVIII əsrdən etibarən "İrəvan" qapısı və ya "Xəlfəli" qapısı adlandırılırdı. Buradan uzanan yol, Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi. Abidənin içəri hissəsində dörd istiqamətə keçidi olan tunelin qalıqları da diqqət çəkir. Divarların yaxınlığında müəyyən ölçülərdə hücrələrə və ya onların izlərinə də rast gəlmək olur. Qeyd edim ki, "İrəvan" qapısı tarixi Azərbaycan torpağı olan İrəvan şəhəri ilə Şuşa şəhərini əlaqəndirən əsas qapı idi. Bəzi yazılı mənbələrdə görüntüləri, planları təqdim olunsa da, hazırda həmin qapı dağılmış vəziyyətdədir. Düşmən bu tarixi abidəmizi qəsdən dağıdıb".
Fariz Xəlillinin sözlərinə görə, "İrəvan" qapısı da Şuşa qalasının digər iki qapısı kimi əzəmətli və memarlıq üslubuna görə fərqlənib. Amma "Gəncə" qapısından fərqli olaraq, "İrəvan" qapısı oxvari tağa malik iki tərəfdən simmetrik yerləşdirilmiş iki yaruslu döyüş qüllələri ilə möhkəmləndirilibmiş. Qalanın hər 3 qapısının xüsusi rolu və əhəmiyyətli olub.
Şuşa qalasının "Gəncə" qapısından çıxan yol şəhəri Gəncə ilə əlaqələndirib. Şuşa qalasının Şimal qapısı hesab edilən "Gəncə" qapısı qala divarlarının ortasında – "Ağoğlan" və "İrəvan" qapılarının arasında yerləşir. Şuşa qalasının digər qapıları ilə müqayisədə "Gəncə" qapısı müasir dövrümüzə daha yaxşı vəziyyətdə çatıb.
Qalanın Şərq və ya "Ağoğlan" qapısının adı da şəhərin tarixindən bəhs edən sənədlərdə və bədii yaradıcılıq nümunələrində tez-tez çəkilir. 1848-ci ildə Rusiya imperiyası dövründə şəhərin Şərqində inşa edilən həbsxananın bir hissəsi qalaya birləşdirilmişdi. Bundan sonra "Ağoğlan" qapısının yeri dəyişdirilmiş və həbsxanaya giriş kimi istifadə edilməyə başlanmışdı.
Xatırladaq ki, Qarabağ xanı Pənahəli xanın göstərişi ilə tikilən Şuşa qalası 17-18-ci əsrlər feodal dövrünün memarlıq üslubuna aid nadir abidələrdəndir. İnşa olunduğu zaman uzunluğu 3,7 kilometr, hündürlüyü 8, eni 2,2 metr olan qala divarının hər 50 metrdən bir hissəsində müdafiə bürcü tikilib.
Ermənilər Şuşa qalasının Ermənilər Şuşa qalasının Ermənilər Şuşa qalasının Ermənilər Şuşa qalasının / azxeber.com

Sosial       Tarix: 26 mart 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


son xeberler yeni xeberler azerbaycan xeberleri şou biznes xəbərləri son xeberler bugun 2026 canli kriminal xeber bu gune olan xeberler