Ermənilər Xankəndidən QAÇIR: Onlar Qarabağı BU ÜSULLA tərk edirlər - ŞOK FAKTLAR/VİDEO

Ermənilər Xankəndidən QAÇIR: Onlar Qarabağı BU ÜSULLA tərk edirlər - ŞOK FAKTLAR/VİDEOVideo əıavə olunub.

xxx
Qarabağın işğaldan azad olunmuş Xankəndi və digər ərazilərində yaşayan ermənilər evlərini yenidən satışa çıxarmağa başlayıblar. Erməni əmlak satışı saytlarında sözügedən ərazilərdəki daşınmaz əmlaklarla bağlı yerləşdirilən elanların sayı hər keçən gün daha da artır.
Araşdırmalarımız göstərir ki, Xankəndi və ətraf ərazilərdəki evlər dəyərindən aşağı qiymətə satışa çıxarılıb. Sayı getdikcə çoxalan satış elanlarına nəzər yetirəndə görürük ki, əksəriyyəti "təcili", "razılaşma mümkündür" başlığı ilə qeyd olunub.
Ermənilərin Qarabağdakı evlərini kütləvi şəkildə satışa çıxarmalarını 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra da müşahidə etmişdik. Belə ki, savaşda məğlub olan ermənilər sözügedən ərazilərin onlara aid olmadığını dərk edərək kütləvi formada daşınmaz əmlak agentliklərinə elan yerləşdirirdilər. 2020-ci ilin noyabr-dekabr aylarını əhatə edən elanlar görünür ki, heç bir işə yaramayıb. Hazırda Ermənistanın aparıcı satış saytlarında ötən ilin son iki ayında yerləşdirilən elanların yenilənməsi prosesi müşahidə olunur. Yəqin ki, ermənilər ilk vaxtlar evlərini satışa çıxarsalar da, bunun heç bir effekt vermədiyini və kənardan kimsənin gəlib o ərazilərdə ev almayacağını dərk ediblər. İndi isə dəyər-dəyməzinə verib müəyyən miqdar da olsa Qarabağdakı əmlaklarını pula çevirmək niyyətindədirlər. Bununla yanaşı, ermənilər Xankəndidə mənzillərlə yanaşı, ticarət obyektlərini, tikintisinə yeni başlanan çoxmərtbəli bina layihələrini, torpaq sahələrini də satışa çıxarıblar. Təkcə bir satış saytında son bir həftə ərzində 40-a yaxın mənzil elanı yerləşdirilib.
Ermənilər Xankəndidən QAÇIR: Onlar Qarabağı BU ÜSULLA tərk edirlər - ŞOK FAKTLAR/VİDEOElanın verilmə tarixi 20.12.2020. Yenilənib: 19.09.2021, List.am satış saytı
Sözügedən elanlarda başqa bir detal da diqqət çəkir. Belə ki, hazırda satışa çıxarılan evlərin böyük əksəriyyətinin xarici nömrələrlə elan saytlarında yerləşdirildiyini görürük. Bəziləri Avropa ölkələrinə məxsus əlaqə vasitələri olsa da, Rusiyaya məxsus nömrələr üstünlük təşkil edir. Bu isə daha bir erməni yalanını ifşa edir: Qarabağda yaşayan ermənilərin saylarının süni şəkildə şişirdilməsi təsdiqini tapır. Yəni ermənilərin təqdim etdiyindən fərqli olaraq reallıqda rəqəmlər tam fərqlidir - Qarabağdakı ermənilərin sayı deyilən rəqəmlərdən çox aşağıdır.
Publika.az-a danışan "Uniprice" Ekspertiza və Qiymətləndirmə Mərkəzinin direktoru, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, ermənilər üçün evin baha və ya ucuz qiymətə satılmasının heç bir fərqi yoxdur. Əsas olan daşınmaz əmlaklarını müəyyən miqdar pula satmaqdır.
Ekspert bildirib ki, ermənilərin xüsusi olaraq qeyd etdikləri "real alıcıya endirim"in real olub-olmaması ilə bağlı elanı yerləşdirən şəxslərlə əlaqə saxlanılıb və onlar əmlaklarını saytda göstərdikləri rəqəmdən daha aşağı qiymətə təklif ediblər:
"Biz sosial şəbəkə üzərindən onlarla qeyri-rəsmi danışıqlar aparıb qiymətlərlə maraqlanmışıq. Almaq niyyətimizin olduğunu da bildirmişik. Onlar isə neçəyə olsa satacaqlarını deyirlər, yəni əsas olan əmlakın satılmasıdır. Əksəriyyəti Moskvada yaşadıqlarını bildirir. Əməkdaşımız qiymətin baha olduğunu desə də, "danışarıq, aşağı qiymətə də verərik" deyə cavab verilib. Onlar üçün əsas qiymət deyil, dəyər-dəyməzinə satıb getməkdir. Artıq başa düşürlər ki, Azərbaycan vətəndaşları ilə birlikdə Xankəndidə yaşamalıdırlar. Düzdür, bu istəkdə olanlar da var. Çünki kasıb, aclıq və səfalət içərisində olan Ermənistanda yaşamaqdansa Azərbaycanda yaşamalarını bir çoxları üstün tutacaq. Amma elələri də var ki, əmlaklarını satdıqdan sonra Ermənistana deyil, xaricə üz tutmaq istəyir. Əllərində müəyyən miqdarda valyutanın olması kifayət edir ki, onlar ölkəni tərk etsinlər. Hətta elanların bəzilərində onlar satışa çıxardıqları əmlakın qiymətini erməni pul vahidi ilə deyil, dollarla qeyd ediblər. Xarici nömrələrdən də istifadə edirlər. Yəni ola bilər ki, bəzi insanlar ölkədən gediblər və əmlakları buradadır, sadəcə satıb xeyir əldə etmək niyyətindədirlər. Onlar indidən xırda miqdar da olsa müəyyən qədər vəsait əldə etmək üçün əmlaklarını satışa çıxarırlar".
Ermənilər Xankəndidən QAÇIR: Onlar Qarabağı BU ÜSULLA tərk edirlər - ŞOK FAKTLAR/VİDEOR.Qasımzadə ermənilərin Xankəndidə satışa çıxardıqları evlərin orta qiymətini qeyd edib: "Bir otaqlı evlər 10 min dollardan təklif edilir, 20 min dollara da var. Yəni qiymət evin şəraitinə, yerləşmə yerinə görə dəyişir. İki otaqlı mənzillər 15 min dollardan 25 min dollara, 3 otaqlı evlər 20 min dollardan 40 min dollar civarında, 4 otaqlılar isə 25 min dollardan yuxarı təklif edilir. Ən çox təklif olunanlar isə təkrar mənzil bazarına aid olan mənzillərdir".
Ekspertin sözlərinə görə, ermənilərin Qarabağ ərazisində torpaq satışını həyata keçirmələrinin hüquqi əsası yoxdur. Onlar yalnız torpaq üzərində olan əmlaka sahibdirlər. Ərazi isə Azərbaycana aiddir: "Onlar evlərini qanunsuz olaraq, əvvəl qondarma qurumlarının verdiyi saxta qanunvericilik sənədlərinə uyğun olaraq satışa çıxarırlar. Bunun isə heç bir hüquqi əsası yoxdur. Onların sadəcə orada yaşamaq üçün istifadə hüquqları var, yəni istifadə hüquqlarını satışa çıxarırlar. Ümid edirik ki, zamanı gələndə bu qanunsuzluğa son qoyulacaq".
Akqabay Mıradov

Dünya       Tarix: 22 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun krminal bu gun en son xeber az xeber