Erməniləri Qafqaza gətirən, cəsədi tanınmaz hala salınan Aleksandr Qriboyedov - TARİX

Erməniləri Qafqaza gətirən, cəsədi tanınmaz hala salınan Aleksandr Qriboyedov - TARİXFevralın 11-də məşhur rusiyalı yazıçı və diplomat, Qafqazın tarixində böyük rol oynamış Aleksandr Qriboyedovun ölümündən 193 il ötür. 34 yaşlı diplomat Rusiyanın Tehrandakı səfirliyinin 36 üzvü və mühafizəçisi ilə birlikdə 1829-cu ildə səfirliyə etirazçı kütlənin hücumu zamanı qətlə yetirilmişdi.
Rusiya ədəbiyyatı tarixinə yazdığı yeganə "Ağıldan bəla" pyesi ilə düşən Qriboyedov səmərəli yazıçı karyerasını davam etdirmək yerinə diplomatik fəaliyyətə üstünlük verir. O, Qafqazın tarixinə İrandan ermənilərin bölgəyə kütləvi köçürülməsi planını əsas tərəfdarlarından biri kimi düşüb. Məhz onun səyləri ilə 1828-1829-cu illərdə 40 mindən çox erməni Rusiyanın işğal etdiyi Naxçıvan, İrəvan və Qarabağ Xanlıqlarının ərazisinə köçürüldü. Regionun etnik xəritəsini dəyişdirən həmin prosesin doğurduğu problemlər, fəsadlar bu gün də öz təsirini hiss etdirir. Digər tərəfdən, diplomatik fəaliyyətindən dolayı Azərbaycan tarixində neqativ izlər buraxan Aleksandr Qriboyedov qısa və faciəli şəxsi həyatı ilə diqqət çəkir
KONKRET.azyazıçı və diplomat Aleksandr Qriboyedovun həyat yoluna son illərinə qısa nəzərə salır:
1795-ci il yanvarın 15-də Moskvada zadəgan ailəsində doğulan Qriboyedovun əcdadları əslən Polşadan idilər. O, dövrü üçün yüksək təhsil almışdı və 1806-cı ildə 11 yaşı olarkən Mosva Universitetinə daxil olmuşdu.
1812-ci ildə Napoleonun Rusiya yürüşü zamanı ordu sıralarına qoşulan Qriboyedov 1815-ci ildən diplomatik fəaliyyətlə məşğul olur. O 1818-ci ildə ABŞ-a gedən Rusiya missiyasına qoşulmaqdan imtina edir və İrandakı Rusiya səfirliyinin katibi postuna təyinat alır. Bundan sonra o tez-tez Tbilisiyə gəlir və regionda Rusiya İmperiyasının işğalçılıq siyasətinin planlaşdırılmasında aktiv iştirak edir.
Amma 1823-cü ilin əvvəllərindən diplomatik fəaliyyəti donduran Qriboyedov Moskva və Sankt-Peterburqda yaşayır, bədii yaradıcılıqla məşğul olur.
1825-ci ilin mayında isə Qriboyedov diplomatik fəaliyyət üçün Qafqaza qayıdır. O, dekabristlər Bestyujev-Ryumin, Muravyev-Apostol və Trubetskoy ilə yaxından tanış olur və monarxiyanı devirmək istəyən dekabristlərə rəğbət bəsləyir. Amma 1825-ci ilin dekabrında onların qaldırdığı üsyana qoşulmur. Diplomatın dekabristlərlə sıx əlaqəsini bilən Çar hakimiyyəti 1826-cı ilin yanvarında onu həbs edir və o, Qroznı qalasında həbsə atılır.
Amma aylarla davam edən istintaq imperator sarayındakı himayədarların təzyiqlərinə görə, onun təqsirini sübuta yetirə bilmir və o 1826-cı ili iyununda bəraət hökmü alır. Həmin ilin sentyabrında isə diplomatik fəaliyyətə dönərək 1826-1828-ci il Rusiya-İran müharibəsində aktiv iştirak edir. 1827-ci ilin iyununda İrəvan qalası uğrunda gedən döyüşlərdə o, son anda ölümdən xilas olur. İrəvan qalası 1827-ci il oktyabrın 1-də Rusiya ordusu tərəfindən işğal olunan zaman isə döyüş əməliyyatlarında aktiv iştiraka görə, ona "İrəvanın alınmasına görə" medalı təqdim olunur.
Bundan sonra o, diplomat kimi 1828-ci il fevarlın 10-da imzalanmış Türkmənçay Müqaviləsinin hazırlanmasında iştirak edir. 16 maddəlik müqavilənin bir sıra müddəaları məhz onun təklifi ilə tərtib olunur. Xüsusən, müqavilənin İran hakimiyyətindən yerli ermənilərin Rusiya İmperiyasının nəzarəti altında olan ərazilərə, xüsusən Qafqaza maneəsiz köçməsi barədə 13-cü maddəsi məhz Qriboyedov tərəfindən əlavə olunmuşdu.
İranın o dövr üçün çox böyük məbləğdə təminat ödəməsi (20 milyon rubl gümüş) bəndləri müqaviləyə məhz onun səyləri nəticəsində müqavilədə yer alıb.
1828-ci ilin aprelində Aleksandr Qriboyedov artıq səfir kimi İrana göndərilir.
Yeni təyinat yerinə gedərkən o bir müddət Tbilisidə qalır. Burada 33 yaşlı Qriboyedov dostu knyaz Aleksandr Çavçavadzenin hələ 16 yaşı tamamlanmamış qızı Nine Çavçavadze ilə tanış olur və ilk baxışdan bir-birinə vurulan cütlük 1828-ci ilin sentyabrında evlənir. Aralarındakı 18 yaş fərq də onların izdivacına mane olmur.
Bir neçə həftə qaynatasının Kaxetiyadakı mülkündə həyat yoldaşı ilə vaxt keçirən Qriboyedov Tehrana yola düşür. Həyat yoldaşı Nina Çavçavadze isə bu müddətdə səfirin Təbriz şəhərində yerləşən iqamətgahında yerləşdirilir.
Tehranda şah sarayına gedən Qriboyedovun əsas vəzifəsi tərtib olunmasında aktiv iştirak etdiyi Türkmənçay Müqaviləsinin bütün bəndlərinin, o cümlədən Rusiyaya təzminatın ödənilməsinə dair bəndin icrasına nəzarət olmalı idi.
Təzminat məbləğinin çoxluğu İranda ciddi narazılıq doğururdu.
1828-ci il oktyabrın 20-də Qriboyedov Rusiya İmperiyasının xarici işlər naziri qraf Karl Nesselroda məktubunda İrandakı vəziyyəti təsvir edir.
"Vəliəhd Abbas Mirzə təzminatı ödəmək üçün möhtəşəm qızıl şamdanların əridilməsi barədə qərar verib".
Ağır ödənişlərlə yanaşı, Türkmənçay Müqaviləsinin ermənilərlə bağlı bəndi də gərginlik üçün əsas idi. Müqaviləyə görə, Şah İranda yaşayan ermənilərin Qafqaza köçürülməsinə  mane olmamalı idi. Nəticədə, 1829-cu ilin yanvarından Rusiyanın İrandakı səfirliyi qarşısında minlərlə ermənidən ibarət növbə yaranmışdı.
Qafqaza köçmək istəyənlər arasında şahın hərəmağası Mirzə Yaqub Markaryan da var idi. Şahın ona İranda getməsinə icazə verməyəcəyini bildiyi üçün o, Tehrandakı Rusiya səfirliyinə qaçır. Fətəli şah Qacar bu barədə eşidəndə çox qəzəblənir.
O, ölkənin maliyyə durumu və bir çox saray sirlərini bilən şəxsin icazəsi olamdan ölkədən getməsini qəbul edə bilmir və Qriboyedovdan hərəağasını geri istəyir.
Amma səfir Markaryanı qaytarmaqdan imtina edir. Paralel olaraq, danışıqlar aparmaq üçün şahın sarayına gələn rusiyalı diplomatlar sarayın etiket qaudalarını pozur və Fətəli şaha qarşı nəzakət qaydalarını pozur.
Rusiyaya təzminat ödənilməsinə görə, onsuz da ağır maliyyə durumunda olan İranda əcnəbi diplomatların şah hakimiyyətinə qarşı kobud davranışı narazılığı daha üst nöqtəyə qaldırır.
Fələti Şahın yaxın qohumu Allahyar xan Qacarın hərəmxanasında qaçan 2 erməni qadının da səfirlikdə gizlədilməsi toplanan narazılıqların partlayış nöqtəsi olur.
1829-cu il fevralın 11-də Rusiya səfirliyi önündə baş verənlərə etiraz üçün böyük etiraz aksiyası keçirilir. Kütlə səfirlikdə gizlədilən İran təbəələrinin geri verilməsini, Türkmənçay Müqaviləsinin ağır maliyyə şərtlərinin yumşaldılmasını tələb edirdilər.
Qısa zamanda vəziyyət nəzarətdən çıxır və qəzəbli insan kütləsi səfirliyin ərazisinə daxil olur.
35 kazakdan ibarət mühafizə konvoyu etirazçılarla döyüş daxil olur. Səfirliyin giriş qapısına gələn Qriboyedov da silahlı müqavimət göstərir. Qısa döyüş zamanı bütün kazaklar və Qriboyedov öldürülür.
Qriboyedovun cəsədi o dərəcədə tanınmaz halda idi ki, onun kimliyini yalnız əynindəki səfir mundirini hissələri və 1818-ci ildə Aleksandr Yakuboviçlə duel zamanı əlindən aldığı xəsarət izi ilə müəyyənləşir.
Bütün səfirlik əməkdaşlarından yalnız son anda gizlənməyə macal tapmış katib İvan Maltsov sağ qalır. O, Moskvaya qayıtdıqdan sonra səfirliyin iranlı əməkdaşlarından birinin yardımı ilə xalçalardan birirən bürünərək sağ qaldığını söyləyirdi.
Araşdırmaçı Berjenin fikrincə isə Maltsov ona qarşı dost münasibət bəsləyən Allahyar xan Qacarın göstərişi ilə sağ saxlanılıb.
Ümumilikdə, Tehranda Rusiya səfirliyinə hücum zamanı səfirliyinin 37 əməkdaşı və azı 19 etirazçı həlak olur.
Tehranda Rusiya səfirliyindəki qırğın böyük rezonans doğurur və diplomatik qalmaqala yol açır.
İmperator I Nikolay hadisəni İranla yeni müharibə üçün bəhanə kimi istifadə edə bilərdi. Ölkənin yeni müharibəyə hazır olmadığını anlayan Fətəli Şah nəvəsi Xosrov Mirzənin başçılığı altında Sankt-Peterburqda böyük nümayəndə heyəti göndərir. Məqsəd İran tərəfinin üzrünün qəbul olunması və ödəniləcək təzminatla bağlı şərtlərin yumşaldılması idi. Nümayəndə heyəti bahalı hədiyyələrlə yanaşı, məşhur "Şah" almazını da (red-bugün Rusiyanın Almaz Fondunda saxlanılır) imperatora hədiyyə edir.
Tarixi mənbələr "Mən xoşagəlməz Tehran hadisəsini əbədi olaraq unuduram", – deyə I Nikolay hədiyyələri aldıqdan sonra Xosrov Mirzəyə söylədiyini yazır.
İmperator I Nikolay şahın üzrünü qəbul edir və Türkmənçay Müqaviləsinə görə ödəniləcək təzminatı 5 il ertələyir.
Aleksandr Qriboyedov Tbilisinin Mtasminda dağındakı qəbirstanlıqda dəfn olunur.
Ərinin ölüm xəbərini alanda hamilə olan Nina Çavçavadze dərin sarsıntı keçirir və uşağını itirir. 17 yaşında dul qalan Çavçavadze dərin matəmə bürünür və heç zaman ərə getmir. Buna görə, onu Tbilisinin "qara qızılgülü" adı verirlər. O 1857-сi ildə 44 yaşında Tbilisidə tuğyan edən vəba xəstəliyindən vəfat edir və ərinin yanında dəfn olunur.
Aleksandr Qriboyedov qısa həyatında tarixə istedadlı yazıçı və Rusiya İmperiyasının Qafqaz regionunda işğalçılıq siyasətinə dəstək verən ziddiyyətli diplomat kimi düşüb. Lent.az

Siyasi       Tarix: 12 fevral 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türk bölgəsini ayağa qaldıran qadağa: Rusiya və türk ölkələri hərəkətə keçə bilər

Moldova Konstitusiya Məhkəməsi Qaqauziyanın seçkilər təşkil etmək və təhlükəsizlik qurumlarının yüksək vəzifəli rəhbərlərini təyin etmək səlahiyyətlərini ləğv edib. Məhkəmə Qaqauziyanın xüsusi hüquqi statusunu tənzimləyə

Milli Məclisin növbədənkanar sessiyasının iclası başladı: 22 məsələyə baxılır

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası  başlayıb. . AZXEBER COM xəbər verir ki, spiker Sahibə Qafarovanın sədirliyi ilə keçrilən iclasın gündəliyinə 22 məsələ daxil edilib. /

Prezident qəbul keçirdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib. xəbər verir ki, qonaq İordaniyanın Kralı II Abdulla

NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur

Əməkdar jurnalist Faiq Hüsiyev. NATO sammitinə sözardı. Qardaş Türkiyədə 7-8 iyul tarixlərində baş tutmuş, sayca 36-cı NATO sammitinin sonu ABŞ-ın İrana raket zərbəsi endirməsi və futbol üzrə Dünya Çempionatının 1/4 mərhələsini

SON DƏQİQƏ! Netanyahu Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı - İrana hücum

ABŞ ilə İran arasında gərginliyin kəskin artması fonunda İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats Milli Təhlükəsizlik Kollecinin kurs məzunlarının buraxılış mərasimində iştiraklarını ləğv ediblər

Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediası

ABŞ-ın nüfuzlu "National İnterest" (The National İnterest) jurnalında təhlükəsizlik məsələləri üzrə analitik Harrison Kassın qələmə aldığı "Ermənistan niyə Azərbaycan ilə hava müharibəsində qalib gələ bilməz?"

Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan

İsrail hökuməti 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsini dayandırıb. xəbər verir ki, Yunanıstanın ProtoThema nəşri bu qərarın Azərbaycanla münasibətlər

Qanunvericiliyə "frilanser" anlayışı daxil edilir

Qanunvericiliyə "frilanser" anlayışı daxil edilir. Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, frilanser muzdlu işçi cəlb etmədən, rəqəmsa

Paşinyanın Konstitusiya planı: Azərbaycanın tələbi yerinə yetiriləcək?

Ermənistanda yeni Konstitusiyanın hazırlanması prosesi ilə bağlı müzakirələr davam edir. Baş nazir Nikol Paşinyan bildirib ki, ölkənin yeni Konstitusiya layihəsi bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq. Paşinyan brifin


yeni xeberler azerbaycan xeberleri son xeberler sou xeberler xeber.az bu gun xeberler bugun sosial yardim