"Erməniləri qəsdən qorxuda saxlayırlar ki, Azərbaycan yeni müharibəyə hazırlaşır" - Verdyan

Üç il əvvəl Ermənistanın kapitulyasiyası ilə nəticələnən 44 günlük Vətən müharibəsi başa çatar-çatmaz internet resurslarında bir cəsarətli erməni blogeri görünməyə başladı. Ölkəsinin işğalçılıq siyasətini hər gün pisləyən bu adam Ermənistanın məhv olmaması üçün Paşinyan hakimiyyətini düz yola çağırırdı. Otuz il ərzində ermənilərin törətdikləri cinayətləri etiraf edən bloger Ermənistanda təqiblərə məruz qaldıqdan sonra Türkiyəyə köçməyə məcbur qalıb. Bu, erməni bloger, ictimai fəal İşxan Verdyandır.
KONKRET.az onunla müsahibəni təqdim edir.
– Sizi təqib etdiklərinə görə Ermənistanı tərk etmisiniz və hazırda İstanbulda yaşayırsınız. Niyə İstanbulu seçdiniz? Orada nə qədər qalmağı planlaşdırırsınız? Ermənistana qayıtmaq ehtimalı varmı?
– İstanbulda elə gözəl şərait yaradılıb ki, istənilən erməni türk dilini bilmədən burada tam rahat yaşaya bilər. Mən bütün bu güzəştlərdən istifadə edirəm və ailəmlə bura köçmüşük. Təbii ki, Ermənistana qayıtmaq istərdim, amma bu, mümkün deyil. Qarabağı Azərbaycan ərazisi kimi tanıdığım üçün vətəndə məni düşmən hesab edirlər. Amma ümidimi üzmürəm, əksinə, Qarabağa köçmək fürsətinin yaranacağı anı gözləyirəm. Mən artıq Azərbaycan prezidentinə müraciət etmişəm ki, mənə Azərbaycan vətəndaşlığı və Xankəndidə yaşamaq imkanı verilsin. Mən bunu Azərbaycan rəhbərliyinin ermənilərin reinteqrasiyası proqramı kontekstində tamamilə təbii proses hesab edirəm. Mən Azərbaycanda gələcək həyatımı məhz belə görürəm, Xankəndidə biznes və yaradıcılıqla məşğul olmağı planlaşdırıram.
– Ermənistan mətbuatında Azərbaycana qarşı nifrət təbliğatı davam edir. Ermənistan cəmiyyətində ağıllı yanaşmaya inanmaq olarmı?
– Ermənistan cəmiyyətində vəziyyət çox ağırdır. Ümumiyyətlə, Ermənistanda heç kim müharibə istəmir, çünki xalq artıq öz əzizlərini, qohumlarını itirməkdən yorulub və ona görə də qonşuları ilə dinc yanaşı yaşamanın tərəfdarıdır. Əgər əvvəllər Qarabağ məsələsi aktual idisə, indi ora Azərbaycanın qanuni nəzarətinə qayıdandan sonra ermənilər artıq Ermənistanın özündə yeni müharibənin başlanmasından ehtiyat edirlər. Azərbaycanın Ermənistana hücumundan, Zəngəzurun itirilməsindən qorxurlar. Bütün bu qorxular süni şəkildə mətbuat vasitəsilə həyata keçirilir. Azərbaycana qarşı nifrət təbliğatı o qədər güclüdür ki, Ermənistan hökumətinin sülh gündəmini irəli sürməsinə mane olur.
– Bu təbliğatın başında kimlər dayanıb?
– Bunu törədən sabiq prezidentlər Serj Sarkisyan və Robert Köçəryanın təmsil olunduğu Qarabağ klanıdır. Ermənistanda bütün mühüm media resursları onların diqtəsi ilə işləyir. Paşinyanın cəhdinə baxmayaraq, Ermənistanda ictimai rəyi formalaşdırmaq Qarabağ klanının əlindədir.
– Ermənistanda dövlətin təbliğat siyasətinin olmadığı qənaətindəsiniz?
– Paşinyan hökuməti ictimai rəyə əhəmiyyət vermir. Ona görə də Ermənistanda dövlətin təbliğat siyasəti yoxdur. Əslində dövlətin təbliğat proqramı olmalıdır. Mediada saxta xəbərlərin qarşısı alınmalıdır. Bu, dövlət xəttinin kütləyə çatdırılması üçün çox vacibdir. Əks halda, hakimiyyətdən fərqli olaraq ictimai rəylə işləməyi bilən Ermənistan müxalifəti istəyinə çata bilər. Bu səbəbdən də Qarabağ klanının ciddi təbliğatı aparılır. Əgər siz səhərdən axşama qədər Azərbaycanın Ermənistana hücumuyla bağlı dəhşətli xəbərlər verirsinizsə, o zaman insanlar qarşıdan gələn müharibə haqqında düşünəcək. Təəssüf ki, bu gün Ermənistan cəmiyyətində vəziyyət məhz belədir və bu, Paşinyanın siyasətinə təsir edir.
– Paşinyan bu məsələni asanlıqla həll edə bilərdi, amma həvəs göstərmədi.
– Paşinyan hakimiyyətə gələndən bəri ictimai rəyi nəzərə almayıb və özünü xalqdan təcrid edib. Paradoks odur ki, özü də keçmiş bloggerdir. Onun izləyicilərinin sayı milyonu ötmüşdü. Yəni onun xalqla dialoq qurmaq bacarığı var. Və bu faktı görməzlikdən gəlməsi, məncə, onun böyük səhvidir.
– Paşinyanın Ermənistan siyasətindəki əsas səhvi nədir?
– Paşinyanın bəlası onun siyasətçi olmamasındadır. O, sadəcə sosial-iqtisadi problemlərin həllində əla menecerdir. Digər tərəfdən, Paşinyanın rəqibi Qarabağ klanı olsa da, onun siyasi meydanda rəqibi yoxdur. Qarabağ klanı ilə onun arasında seçim olsa, o zaman xalq yenə Paşinyana səs verəcək. Bu mənada o, tamamilə sakitdir və Qarabağ xuntasının keçmiş rəhbərləri fonunda həmişə qalib gələcəyinə inanır. Ona görə də ictimai rəy kimi cəfəngiyyatlarla məşğul olmur. 
– Paşinyanın komandasında siyasi rəqibləri varmı? Fors-major hallarda onu kim əvəz edə bilər?
– Onun komandasında siyasi varis yoxdur. Orada çox ağıllı insanlar var. Amma bütün siyasi meydanı öz şəxsiyyətinə bağladığından heç birinin irəli getmək şansı yoxdur. Deməli, onun başına nəsə gəlsə və bir-iki aya Ermənistan siyasətindən uzaq düşsə, o zaman onun yerini heç kim tuta bilməyəcək, ölkədə daxili siyasi çöküş başlayacaq.
– Son vaxtlar Serj Sarkisyan fəallaşıb. Siz isə qeyd etdiniz ki, Qarabağ klanının hakimiyyətə qayıtmaq şansı yoxdur. O zaman Sarkisyan nəyə ümid edir?
– Sarkisyanın və Köçəryanın hakimiyyətə qayıtmaq şansının olmaması faktı aydındır. Onların məqsədi Paşinyanı devirməkdir, hakimiyyətə gəlmək deyil. Əslində, həm Sarkisyan, həm də Köçəryanın dövləti kimin idarə edəcəyi maraqlandırmır. Onlar başa düşürlər ki, əgər Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalasa və Türkiyə ilə münasibətlərin normallaşması imkanları açılsa, o zaman erməni xalqının Köçəryana və Sarkisyana qarşı çoxlu sualları olacaq. Ermənistanın sülh müqaviləsini imzalamaqdan imtina etməsi üçün yalnız Paşinyanın vəzifədən getməsi kifayətdir. Müxalifətin bütün resursları əslində bu məqsədə yönəldilib.
– Əgər Paşinyan sülh gündəmini təbliğ edirsə, o zaman hansı məqsədlə Azərbaycanı Qarabağda "etnik təmizləmə"də ittiham edir?
– Doğrudan da, Ermənistan rəhbərliyi Azərbaycanı "etnik təmizləmə"də ittiham edir. Bu ittihamların isə heç biri sübuta yetirilməyib. Təbii ki, erməni siyasətçiləri Azərbaycana qarşı aqressiv ritorikasını dəyişməli, Xankəndini "Stepanakert", Azərbaycanın Qarabağ bölgəsini isə "Dağlıq Qarabağ" adlandırmaqdan əl çəkməlidirlər. Və yalnız bütün bu şərtləri Paşinyan yerinə yetirdikdən sonra Ermənistanın həqiqətən də qonşuları ilə sülh istədiyini iddia etmək mümkün olacaq. Amma hazırda Ermənistan rəhbərliyində Azərbaycanla sülh bağlamaq üçün xüsusi bir istək görmürəm. Paşinyanın hakimiyyəti saxlamaqla bağlı heç bir problemi yoxdur. Baxın, müxalifətin təşkil etdiyi bütün etiraz aksiyaları heç bir nəticə vermədi.
– Ermənistan rəhbərliyi niyə "Dünyanın kəsişməsi" layihəsini təbliğ edir?
– Bu, bir piardır. Ermənistan baş nazirinin beynəlxalq ictimaiyyət qarşısında sülhə hazır olmasının göstəricisidir. Yeganə problem odur ki, Paşinyan bu layihəni yanlış yerdə təbliğ edir. O, bu sənədi BMT-yə təqdim edir, halbuki o, bunu Azərbaycan və Türkiyə ilə müzakirə etməlidir.
– Ermənistanda insanlar Bakının təklif etdiyi reinteqrasiya proqramından niyə çəkinirlər?
– Azərbaycanın təklif etdiyi Qarabağ ermənilərinin reinteqrasiyası proqramı Ermənistan üçün əsl nüvə bombasıdır. Səbəbini izah edəcəm. Əgər bu baş tutsa, Ermənistan ideoloji cəhətdən məhv olacaq. Məlum olacaq ki, ermənilər Azərbaycanda yaşaya və prezident İlham Əliyevin vəd etdiyi bütün hüquqları alacaqlar. Bu, o deməkdir ki, Ermənistanın bütün uzunmüddətli təbliğatı məhv olacaq.
– İndi Qarabağda təxminən nə qədər erməninin qalması barədə məlumatınız varmı?
– BMT-nin son məlumatlarına əsasən, Qarabağda minə yaxın erməni qalıb.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 02 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Əbu-Dabidə hansı razılaşma əldə olunacaq? – Ekspertdən mühüm açıqlama

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin noyabrın 10-11-də Əbu-Dabidə keçirəcəyi danışıqlar müharibənin dayandırılması istiqamətində növbəti mühüm diplomatik addım kimi qiymətləndirilir. Fevral ayında

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler 2026 axsam.az xeberler az xeber xeber.az 2026