Azərbaycanda heç kim cinayət əməli olmadan həbs edilmir" -Elman Nəsirov

Azərbaycanda heç kim cinayət əməli olmadan həbs edilmirQərb təşkilatları və bəzi beynəlxalq media qurumları Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbsinə münasibət bildirərək Azərbaycanı qınayır. Onların açıqlamalarında prosesin şəffaflığı, hüquqi prosedurların təmin olunması və siyasi fəallara qarşı tədbirlərin beynəlxalq öhdəliklərlə uzlaşması məsələləri önə çəkilib. Eyni zamanda insan haqları təşkilatlarından olan və hər zaman Azərbaycana qarşı hər zaman düşmən mövqede olan "Amnesty İnternational" AXCP sədri Əli Kərimlinin həbsini Azərbaycanda avtoritar praktikanın möhkəmlənməsi prosesində növbəti "qanunsuzluq" adlandırıb.
Bu reaksiyalar bir daha Qərbin Azərbaycana qarşı münasibətdə riyakar yanaşma sərgilədiyini, siyasi proseslərə selektiv şəkildə müdaxilə etməyə çalışdığını göstərir. Başqa ölkələrə münasibət göstərməyən qurumların məhz Azərbaycanla bağlı dərhal mövqe ortaya qoyması obyektivliklə uzlaşmır. Rəsmi Bakı isə Əli Kərimli ilə bağlı prosesin tam hüquqi çərçivədə aparıldığını bildirir. 
Milli Məclisin deputatı Elman Nəsirov azxeber.com-a bildirib ki, bu kimi hadisələr bizi qətiyyən təəccübləndirmir:
"Biz bunun niyə baş verdiyini yaxşı bilirik. Əli Kərimlidən Azərbaycan dövlətinə qarşı istifadə edən qüvvələr və onların təsiri altında olan mətbu orqanlar təbii ki, bu hadisəyə biganə qalmayacaqdılar. Əli Kərimlinin xeyrinə müəyyən mövqelər ortaya qoya bilərlər. Burada təəccüblü heç nə yoxdur. Onların istifadə etdikləri "alət"in fəaliyyətinin məhdudlaşdırılması onların maraqlarına uyğun gəlmir. Buna görə də bütün bunlar gözləniləndir".
Deputat deyib ki, beynəlxalq hüququn ölkələrin daxili işlərinə qarışmama prinsipi mövcuddur: 
"Beynəlxalq hüququn ölkələrin daxili işlərinə qarışmama prinsipi var. Bu, bizim daxili işimizdir və nəzərə alsaq ki, Əli Kərimli konkret cinayət əməlində şübhəli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci  (hakimiyyətin zorla ələ keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu, çox ağır ittihamdır. İstintaqın əlində ciddi dəlillər və sübutlar olmasaydı, belə bir maddə ilə Əli Kərimli ittiham edilməzdi. Əli Kərimlinin anti-Azərbaycan fəaliyyəti ilə məşhur olan müəyyən dairələrlə, o cümlədən dövlət çevrilişinə cəhd ittihamı ilə mühakimə olunan Ramiz Mehdiyevlə əlaqələrinə dair çoxsaylı faktlar, arqumentlər və təkzibedilməz dəlillər ortaya çıxıb və bu ciddi ittihamlar da davam edir".
Parlamentari qeyd edib ki, başqa ölkələr belə hadisələrlə bağlı hansı addım atardısa, biz də onu etmişik:
"Bu cür vəziyyət hər hansı ölkədə baş versəydi, həmin dövlətin hüquq-mühafizə orqanları hansı addımı atardı? Biz hüquqi dövlətik və hüquqi çərçivədə öz addımlarımızı atır, onları zəruri şəkildə araşdırırıq. Bizə qarşı bəzi Qərb təşkilatlarının və media qurumlarının mövqeyi bizim üçün heç bir məna və əhəmiyyət kəsb etmir. Gedib öz işləri ilə məşğul olsunlar. Bu gün Avropa İttifaqının, Avropa Parlamentinin vitse-prezidentləri və ya ali komissarları səviyyəsində rüşvət və korrupsiya ilə bağlı ortaya çıxan faktlar göz qabağındadır. Gedsinlər, onlardan yazsınlar, onlarla məşğul olsunlar. Azərbaycanın daxili işinə qarışmasınlar. Arxayın olsunlar ki, Azərbaycanda heç kim cinayət əməli olmadan həbs edilmir".
Şahanə Ziyad

Siyasi       Tarix: 05 dekabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbərlər son xeber.az idman xeberleri valyuta mezennesi