"Ermənistan 30 il ərzində Azərbaycan ərazisində terroru maliyyələşdirib" - Aleksanyan

"Otuz il ərzində Ermənistan Azərbaycan ərazisində separatizmi, bir az da sərt desək, terroru maliyyələşdirib və himayə edib".
KONKRET.az xəbər verir ki , bu barədə erməni bloger Natali Aleksanyan öz "Facebook" səhifəsində yazıb.
"Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyan Nikol Paşinyan bildirdi ki, Qarabağ Azərbaycandır və həmişə belə olub. Bundan birbaşa belə nəticə çıxır ki, Ermənistan otuz ildir Azərbaycanın suveren ərazisini maliyyələşdirir və resurslarla təmin edir. Yəni Azərbaycan ərazisində separatizmə, bir az da sərt desək, terrora sponsorluq edirdi. Bu, mənim təhlilim deyil, bu, hüquq biliyi olan hər bir şəxs üçün aşkar faktdır.
Ermənistanı beynəlxalq məhkəmələrdə çox ciddi proseslər gözləyir. Beynəlxalq ictimaiyyət bütövlükdə ermənipərəstdir və Qarabağ ətrafında gedən oyunlarda birbaşa iştirak etdiyi üçün bizi bu məsələdə müdafiə etməyə çalışacaq. Proseslərin necə inkişaf edəcəyi hələlik bəlli deyil, lakin Ermənistanın imicinə güclü zərbə endirilməsi faktdır.
Paşinyan hökuməti Ermənistandan vurulan zərbəni necə dəf edəcək? Əvvəla, Robert Köçəryanın Ermənistan Respublikasında hakimiyyəti qanunsuz olaraq ələ keçirdiyi gündən indiyədək baş verənlərə dəqiq hüquqi qiymət vermək lazımdır. Əşyalar və hadisələr öz adları ilə çağırılmalıdır. Cinayətkarın erməni olması onun cinayət məsuliyyətinə cəlb olunmasına mane olmamalıdır. Ermənistanda yaşayan Qarabağ klanının başçıları həbsdə qalmalıdır. Ter-Petrosyanın dövründə olduğu kimi, öz faşist ideologiyası ilə Daşnaksütyun Ermənistanda qadağan edilməlidir.
Bəli, açıq şəkildə bildirilməlidir ki, Ermənistan uzun illər hakimiyyəti qanunsuz zəbt etmiş, həm Ermənistanın özündə, həm də onun hüdudlarından kənarda, o cümlədən Azərbaycanda terror fəaliyyətini həyata keçirən terrorçular tərəfindən idarə olunub. Biz imkan verməməliyik ki, "Prezident" ləqəbli terrorçular özləri qənimətdən həzz alarkən hamımızı bir daha günahkar saysınlar.
Biz ölkəmizi çirkabdan təmizləməkdən qorxmamalıyıq. Yalnız və yalnız bu halda Ermənistan onu gözləyən zərbəni yumşaldacaq. Və hər şeyi ağıllı etsəniz, heç bir zərbə olmayacaq. Bizi gözləyən fəlakətin qarşısını ala bilərik, amma yenə də buna gücümüz çatmasa, o zaman həqiqətən də baş verənlərin günahkarına çevriləcəyik və Qarabağ klanının quldurlarının cinayətlərinə görə bir daha tam məsuliyyət daşıyacağıq" – Natali Aleksanyan yazıb.

Siyasi       Tarix: 07 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az sonxeber az ensonxeberler son xeberler azerbaycan