Ermənistan Aİ-yə müraciət etdi: "Aradan qaldırın!"
Ermənistan hökuməti Avropa İttifaqına (Aİ) müraciət edərək, ölkənin aviasiya şirkətlərinin "qara siyahı"dan çıxarılmasını istəyib.
KONKRET.azxəbər verir ki, Rəsmi İrəvan bunun üçün beynəlxalq tələblərə uyğun tədbirlər gördüyünü və çatışmazlıqları aradan qaldırdığını bildirib.
Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Kristine Qaleçyan parlamentin iclasında çıxışı zamanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) keçirdiyi audit zamanı aşkarlanan 41 nöqsanın tam şəkildə aradan qaldırıldığını açıqlayıb.
Onun sözlərinə görə, görülən işlərə dair rəsmi hesabat artıq Aİ-yə təqdim edilib və Ermənistan tərəfi bu məsələdə müsbət cavab gözləyir.
Xatırladaq ki, Ermənistanın aviasiya şirkətləri 2020-ci ilin iyun ayından Aİ-nin "qara siyahı"sına daxil edilib. Bu səbəbdən Ermənistan aviaşirkətlərinin Avropa hava məkanına girişinə məhdudiyyət qoyulub. Ölkə rəhbərliyi bu məhdudiyyətin aradan qaldırılması üçün uzun müddətdir iş aparır.
Aysu İbrahimova,
KONKRET.az

"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir