Ermənistan Avropada zəif, alçaldılmış, geosiyasi yetim timsalında görünür - MÖVQE
Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasını bir daha bəyan etdi və ölkəmizə qarşı ərazi iddiasının olmamasını bildirdi. Paşinyanın rəsmi sənədə imza atması Ermənistanın siyasi dairələrində birmənalı qarşılanmayıb. Ermənistan müxalifətinin nümayəndələri bildirirlər ki, baş nazir Ermənistanın təhlükəsizliyini, ərazi bütövlüyünü, müstəqilliyini, suverenliyini təslim edib. Onlar hesab edir ki, bu dəfə Ermənistanın növbəti aşağılanmasını avropalı dostları həyata keçirib.
KONKRET.azxəbər verir ki, erməni politoloq Arman Abovyan özünün Facebook səhifəsində yazır ki, Ermənistan hökuməti növbəti dəfə dövlət və milli maraqlara tüpürdü və Qarabağın dağıdılmasını faktiki olaraq qanuniləşdirdi:
"Ermənistan SSRİ dövrünün inzibati ərazi bölgüsünə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımaq adı altında Ermənistan Respublikasının strateji ərazilərindəki anklavları təhvil verməyə hazır olduğunu bir daha təsdiqlədi. Bu, faktdır və bütün əks iddialar məntiqsizdir. Bununla da, əslində Avropa humanistlərinin guya ermənipərəst mövqeyi ilə Qranadada anti-erməni siyasi maskaradın şahidi olduq. Ermənistanın siyasi və etno-siyasi vahid kimi avropalıların qarşısına pafoslu, zəif, alçaldılmış geosiyasi yetim timsalında çıxması iyrəncdir. Yeri gəlmişkən, Ermənistan hakimiyyəti növbəti dəfə türklərin və azərbaycanlıların maraqlarına xidmət etdiyi halda, guya ermənisevər Avropa Azərbaycana qarşı sanksiyalar tətbiq etməkdən növbəti dəfə rəsmən imtina etdi. Bu, iqtidaryönlü medianın bizə nə yedizdirdiyinin yox, əslində baş verənlərin real göstəricisidir. Yeri gəlmişkən, bu da son deyil, sadəcə Ermənistan Respublikasının könüllü özünü məhv etməsinin davamıdır".
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ