Ermənistan Azərbaycana başqa yol qoymur: Anti-terror əməliyyatları başlayır?

Ermənistan Azərbaycana başqa yol qoymur: Anti-terror əməliyyatları başlayır?Son günlər Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər yenidən müxtəlif təxribatlara əl atır. Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid oldular. Azərbaycan Müdafiə Nazirliyindən isə bir daha xəbərdarlıq edilərək bildirildi ki, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır.
Bəs belə olan halda Azərbaycan qeyri-qanuni erməni birləşmələrinə qarşı anti-terror əməliyyatları keçirə bilərmi?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elşad Mirbəşiroğlu azxeber.com-a açıqlamasında məsələyə münasibət bildirib.
O qeyd edib ki, Azərbaycanın öz təhlükəsizliyinə mövcud olan təhdidləri aradan qaldırmaq hüququ var:
"Aydındır ki, ermənilər həmişə pozuculuq fəaliyyəti ilə məşğul olublar. Tarixən ermənilər haqqında oturuşmuş təəssürat ondan ibarətdir ki, onlar gərginlik yaradan, münaqişələr yaradan terror fəaliyyəti ilə məşğul olan bir xalqdır. Bu, erməniləri xarakterizə edən ilk əlamətdir. Azərbaycanın ərazisində yaşayan ermənilər üçün təhlükəsizliyin olacağını, onların dinc mövcudluğu şəraitinin olacağını deyirik. Onlar yalnız Azərbaycanın konstitusiyasına, qanunlarına tabe olduqları halda ölkəmizin ərazisində mövcudluqlarını davam etdirə bilərlər. Amma ermənilər separatizmdən əl çəkmək istəmirlər. Bu, onun göstəricisidir ki, ermənilər öz mahiyyətlərinə uyğun davranmaqdadırlar. Yenə dağıdıcı fəaliyyətlə məşğuldurlar, görünür bundan sonra da məğul olmaq istəyirlər. Azərbaycanın təhlükəsizliyinə təhdid yaradırlar. Belə olan halda, təbii ki, hər bir dövlətin olduğu kimi, Azərbaycanın da öz təhlükəsizliyinə mövcud olan təhdidləri aradan qaldırmaq hüququ var".
Ermənistan Azərbaycana başqa yol qoymur: Anti-terror əməliyyatları başlayır?Deputat bildirib ki, erməni separatçıları bu cür davam etdiyi halda, onlara qarşı güc tətbiqi həyata keçiriləcək:
"Biz həmişə olduğu kimi, bu məsələləri müzakirələr, dinc vasitələrlə həll etmək istəyirik. 30 ilə yaxın müddətdə də ermənilərlə danışıqlar apardıq. Amma gördük ki, ermənilər heç bir halda dinc yolla məsələni həll etmək istəmirlər. Təxribatlarını davam etdirirlər. Belə olan halda, biz güc yolu ilə torpaqlarımızı işğaldan azad etdik. İndi də biz Ermənistana dinc yollar təklif edirik. Azərbaycanda müxtəlif xaqların nümayəndələri olduqca dinc şəraitdə, təhlükəsizlik şəraitində mövcud olmaqdadırlar. Azərbaycanda hansısa xalqın nümayəndələrinə qarşı heç vaxt diskriminasiya halına yol verilməyib. Bunu da ermənilər çox gözəl bilir. Ona görə də, onlar məqsədli şəkildə bu cür pozuculuq fəaliyyətlərini davam etdirirlər. Hadisələr təkrar olur. Ermənilərə biz yenə dinc yol təklif edirik, lakin onlar təxribatlarını, separatçılıq fəaliyyətlərini davam etdirirlər. Belə olan halda, biz yenə məsələni başqa yola həll etmək məcburiyyəti qarşısında qalacağıq. Yəni, ermənilər yenə də bu cür hallardan geri durmayacaqlarsa, Azərbaycanın təhlükəsizliyinə təhlükə yaradacaqlarsa, biz bu təhdidləri aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirəcəyik. Burada da güc tətbiqi istisna deyil".
 
Aydın Nuri

Siyasi       Tarix: 09 mart 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler cəbhədən son xəbərlər cəbhədən ən son xəbər bu gunun xeberleri