Ermənistan daha təhlükəli oyunlara gedir – İLGİNC DETALLAR

Ermənistan daha təhlükəli oyunlara gedir – İLGİNC DETALLARCənubi Qafqazda geosiyasi vəziyyət dəyişdikcə hərbi-siyasi proseslər fərqli məcrada inkişaf edir. Üzləşdiyi məğlubiyyəti qəbul etmək istəməyən Ermənistan müxtəlif planlar qurur və regionda Azərbaycanın diqtə etdiyi reallığı dəyişməyə cəhd edir.
Düşmən ölkənin qeyri-konstruktiv addımı isə müharibə riskini artırır. Havadarlarının ssenarisinə uyğun hərəkət edən Rəsmi İrəvan ən yaxın müttəfiqindən üz döndərməklə Cənubi Qafqaza yeni aktorları gətirmək üçün çalışır. Artıq ilkin addımlar da atılıb. Ötən ildən Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddə yerləşdirilib.
Üstəlik Ermənistana Qərb tərəfindən hərbi-siyasi dəstək verilir. Həmçinin düşmən ölkəni İran və Hindistan da silahlandırır. Bütün bunlar Rusiyanın gözü qarşısında baş verir və məqsəd Rusiyanı bölgədən çıxartmaqdır. Amma Rusiya tərəfi Cənubi Qafqazı asanlıqla tərk etməyəcəyini bildirib və Ermənistan rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilib. Paşinyan isə müttəfiqinin narahatlığına məhəl qoymadan öz oyununu davam etdirir.
Artıq üç gündür ki, Ermənistan ABŞ-la birgə hərbi təlimlər keçirir və  Rusiyanı qıcıqlandırır. Ermənistanın bu addımı düşmən ölkədə də birmənalı qarşılanmır.
KONKRET.az xəbər verir ki, erməni siyasi ekspert Artur Xaçikyan bildirib ki, bunlar hələ də xarici siyasətdə nəyisə dəyişmək istəyinin əlamətləridir. "Bununla belə, yəqin ki, hələlik real dəyişikliklər yoxdur. Bunu Ermənistanın xarici siyasətində dönüş nöqtəsi hesab etmək olmaz. Hesab edirəm ki, bu, daha çox Rusiyaya təzyiq göstərmək cəhdidir. Bununla rəsmi İrəvan daha əlverişli mövqe tutmağa çalışır. Problem ondadır ki, biz xarici siyasət kursunu dəyişdirib kimlərəsə diqtə edəcəyimizi düşünürük.
Ermənistanda ekspertlər, siyasətçilər fərqli mövqelərdə dayanıblar. Bəziləri qərbpərəst, bəziləri rusiyapərəst mövqe nümayiş etdirir".
Daha sonra Azərbaycan və Türkiyənin regiondakı roluna toxunan Xaçikyan bildirib ki, Azərbaycan regionda daha önəmli fiqurdur.
"Həm Rusiya, həm də Qərb üçün Türkiyə və Azərbaycan Ermənistandan daha önəmlidir. Bizə görə nə Qərb, nə də Rusiya Türkiyə və Azərbaycanla mübahisə etmək istəmir. Rusiya yeni müharibədən qaçır. Rusiyalı ekspertlər xorla deyirlər ki, Rusiya indi Türkiyə və Azərbaycanla döyüşə bilməz. Obyektivlik anlayışı ilə bağlı problemimiz var. Rusiya və Qərblə necə münasibət qurmağımızdan asılı olmayaraq, nəzərə alınmalı obyektiv reallıqlar mövcuddur. Eyni şey Qərb üçün də keçərlidir. Avropa Ermənistanı qorumaq üçün sanksiyalar tətbiq etməkdən imtina etdiyi üçün ABŞ Bakı və Ankara ilə mübahisə etmir, bu ölkələrdə maraqlarının olduğunu deyir. Yəni xarici siyasət obyektiv təhlildən, hesablamadan başlamalıdır. Bizdə isə  fərqlidir. Belə bir şəraitdə Azərbaycan biləndə ki, Rusiya və Qərb böyük ehtimalla vəziyyətə qarışmayacaq, Bakıda bir üstünlük hissi yaranır.
Azərbaycanın psixoloji təzyiq göstərməklə Ermənistanı növbəti güzəştlərə məcbur etmək, ya da güc tətbiq etmək imkanı var. Təəssüf ki, xarici mənbələr hətta genişmiqyaslı hücumun mümkünlüyündən də danışırlar".
Erməni siyasi ekspert daha sonra regionda İran faktoruna toxunub. Bildirib ki, İranın münaqişəyə müdaxiləsi onlar üçün ağır nəticələrə səbəb ola bilər:
"Əgər İran və Qərblə müvafiq olaraq diplomatik iş aparılsaydı və Qərb müəyyən mənada başa düşsəydi ki, İrəvanın indi Tehranla işləməyə ehtiyacı var, o zaman hərbi yardım alına bilərdi. Təəssüf ki, indi vəziyyət biz düşündüyümüz kimi deyil. Əgər İran münaqişəyə müdaxilə etməyə çalışarsa, şübhəsiz ki, bu, İsrail, ABŞ, Türkiyə, Böyük Britaniya və Azərbaycanın İrana hansısa formada cavab verməsi üçün böyük fürsət olacaq.  İrana qarşı çox güclü koalisiya yaradılacaq. Ona görə də İranın birbaşa hərbi müdaxiləsi ehtimalını hələ də görmürəm.
Bundan əlavə, Ermənistan vəziyyəti sakitləşdirmək kursu seçdiyi üçün hər vasitə ilə sülh gündəmini təbliğ edir. Bu isə kənar oyunçulardan kömək almağı mümkünsüz edir. Əvvəla, biz daim vektoru dəyişirik, ziddiyyətli bəyanatlar veririk. Bizim nə barədə düşündüyümüzü müəyyən edə bilmirlər.  İkincisi, bizim hərbi potensialımız belə münaqişəyə tab gətirmək üçün zəifdir. Bu baxımdan xarici yardımlar çətinləşir.  Siyasətimiz bizə kömək etməyi çox çətinləşdirir. Bu, özü üzmək istəyəni sudan çıxarmaqla, daşla suyun dibinə gedəni və artıq müqavimət göstərməyən adamı xilas etməklə müqayisə edilə bilər. Bunlar tamamilə fərqli şeydir. Xarici siyasətimizdə daim qeyri-müəyyənlik olduğu üçün nə Moskva, nə də Tehran bizə etibar etmir. Onlar bizim qərbyönlü meyllərimizi görür, üstəlik bu meyllər bizə heç nə vermir. Onlara kömək etmək çox çətindir, sadəcə olaraq bizim əvəzimizə müharibə aparmalıdırlar. Həm bütün Qərb koalisiyası ilə İran, həm də Rusiya üçün bunu etmək çox çətindir".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 14 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığı qey

Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları

"Mən artıq demişəm ki, "biz sizi basdıracağıq" sözlərini sizin məzarqazanlarınızın etdiyi kimi hərfi mənada başa düşmək lazım deyil… Söhbət cəmiyyətin sırf tarixi inkişafından gedir. Kapitalizm öz əsrini baş

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Arakçının Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsində iştirak etmələri üçün vizalar


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbərlər 2026 son.xabar idman xeberleri xankendi