"Ermənistan "əyri güzgülər krallığı"nda yaşayır" – Ekspertlər şərh edir

"Ermənistan "əyri güzgülər krallığı"nda yaşayır" – Ekspertlər şərh edir"Ermənistan "əyri güzgülər krallığı"nda yaşayır" – Ekspertlər şərh edir
Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin Xarici İşlər Nazirlərinin görüşü zamanı bildirdi ki, Türkiyə 30 ildir Ermənistanın dənizə çıxış hüququnu  təmin etməkdən imtina edir.
Z. Mnatsakanyan bunu sağlam düşüncə baxımından əsaslandırılması mümkün olmayan "orta əsr mühasirəsi" adlandırdı.
Erməni nazirin sözlərinə görə, bu, həmçinin beynəlxalq hüquq pozuntusudur.
Media.Az ermənistanlı nazirin bu absurd açıqlamasını şərh etmək üçün Müasir Türkiyənin Öyrənilməsi Mərkəzinin rəhbəri Yuri Mavaşevə və İstanbulda yaşayan politoloq Ramiyə Məmmədovaya müraciət edib.
Bizim ilk həmsöhbətimiz Yuri Mavaşevdir.
"Ermənistan "əyri güzgülər krallığı"nda yaşayır" – Ekspertlər şərh edirTürkiyənin sərhədlərini bağlamasının səbəbləri aydındır. Məgər bu hər bir ölkənin suveren haqqı deyilmi? Koronavirus pandemiyası dövründə bir çox ölkə sərhədləri birtərəfli qaydada bağladı, Türkiyənin isə buna həm də siyasi əsasları var. Erməni nazir nədən narazıdır?
Ermənistan rəhbərliyi uzun müddətdir özünün uydurma dünyasında yaşayır, "Alisa möcüzələr ölkəsində" kimi. Hətta başqa bir paralel aparım: "Əyri güzgülər krallığı". Sovetlər dövründə yaşayan nəslin nümayəndələrinin əksəriyyəti bu nağıl filmini izləyib. İşin mahiyyəti dünyanın tərs çevrilmiş mənzərəsindədir. Normal dünyada günahını başqasının üstünə atmaqdansa, uğurlu xarici siyasət xətti qurmağa çalışırlar. Ancaq İrəvanda daha asan, daha komfortlu variantı seçdilər: "Hər hansı bir problem olan kimi hər şeyi qonşunun üzərinə at".
Sonra belə bir arxetip ortaya çıxdı, "pis türklər" tarixi yaddaşı. Davamlı uğursuzluqlarınızı qonşunuzun sizi "boğmaq" niyyətinə bağlamaq cəzbedici deyilmi? Əks təqdirdə, uğursuzluqlara görə cavab verməli olacaqsınız. Belədə isə rahat və sadədir. Çətin ki, İrəvanın iqtisadi mövqeyini qibtə edici adlandırmaq olar, xüsusən də əsas sponsorun - Moskvanın arzuolunmayan vəziyyətdə olduğunu nəzərə alsaq.
Çox təəccüblüdür ki, bu dəfə Ermənistan Azərbaycana qarşı heç bir iddiası olmadı...
Torpağını aldığınız tərəfə qarşı hansısa iddia ilə çıxış etmək qəribə olardı. Burada bizim köməyimizə xalq misalı gəlir: "Pişik bilir kimə məxsus əti yeyib" ("Öz günahını yaxşı bilir, amma qorxusundan susur" mənasında - red.). Sovet dövründə Ermənistanın çox imtiyazları var idi, yeri gəlmişkən İrəvan heç vaxtı bunu dəyərləndirməyib, çünki hər şey havayı verilirdi. Ermənilərin Sovetlər Birliyi daxilində imtiyazlı xalq olması hamıya məlumdur. Lakin, yenidənqurma dövründə, Ermənistan, necə deyərlər, "bütün dünyadan öndə gedirdi", açıq şəkildə "subyekt" və ya "obyekt" olduğunu mübahisə edirdi. Bu naşükürlüklərinin (Rusiya xalqına münasibət də daxil olmaqla) əvəzini, beynəlxalq təcriddə olmaqla artıqlaması ilə ödədilər.
Qarabağ məsələsinə Türkiyə prizmasından yanaşacağam. Türkiyə də, Azərbaycan kimi Ermənistanla kommunikasiyaları bərpa edə bilər, lakin bu, yalnız "Madrid prinsiplərinə" əsaslanan mərhələli həll planı başladığı halda mümkündür. Yerevanda isə bu barədə eşitmək də istəmirlər.
Yenə də "əyri güzgülərin krallığı"ndan söhbət gedir. Təəssüf ki, bu "krallığın" havadarları Kremldə də var. Sual başqadır: nə vaxta qədər erməni xalqı öz rəhbərliyinin alçaq münasibətinə dözəcək? Hesab edirəm ki, heç də bütün ermənilər bu siyasətdən məmnun deyillər. Bütün dünyaya səpələnmələri əbəs yerə deyil və yalnız müəyyən tarixi günlərdə ölkələrini xatırlamağa üstünlük verirlər. Əlbəttə bu da bir çıxış yolu deyil.
Hər halda mən əminəm ki, güclü Ermənistan, güclü Azərbaycan tam olaraq ümumi maraqlara cavab verir. "Mənim tövləm yansa da olar, təki qonşumun inəyi ölsün" kimi düşüncədən uzaqlaşmağın vaxtı çoxdan çatıb. Bizim sıx, bir-birinə bağlı dünyamızda birinə pis olarsa, digərinə yaxşı ola bilməz. Bu fikir ​​Ermənistan cəmiyyətinin şüuruna çatanda əminəm ki, nə Bakı, nə də Ankara buna müdaxilə etməyəcək. Niyə etsinlər ki?
Ramiyə Məmmədova:
"Ermənistan "əyri güzgülər krallığı"nda yaşayır" – Ekspertlər şərh edirErmənistan Türkiyənin birmənalı şəkildə Azərbaycanı dəstəkləməsindən narazıdır. İrəvan Ankara ilə diplomatik əlaqələrin qurulmasına nail olmaq istərdi, amma bu, məlum səbəblərdən mümkün deyil. İrəvan bunu arzulasa da (çünki ölkədəki vəziyyət getdikcə pisləşir) Türkiyə ilə Ermənistan arasında iqtisadi və siyasi münasibətlər yoxdur. Beləliklə, "dənizə buraxılmama" ilə əlaqəli iddialar da buradandır. Ermənistanın Avrasiya İqtisadi Birliyi ölkələri ilə birbaşa sərhədləri yoxdur, Rusiya bazarı isə Türkiyənin verə biləcəyi üstünlüklərlə təmin etmir.
Hər şey Qarabağ münaqişəsinə, daha doğrusu, Ermənistanın danışıqlar aparmaq istəməməsinə söykənir. Əlbətdə ki, İrəvanın Türkiyə qarşısında qorxusu var, buna görə də bütün meydanlarda Türkiyə Cümhuriyyətini günahlandırmağı özlərinə vəzifə bilirlər.
Ermənistan Azərbaycan ərazilərini işğal edib, bu səbəbdən Bakıya qarşı "dənizə buraxılmama" ilə bağlı heç bir ittiham yoxdur. Bu gülməli olardı. İşğal olunmuş torpaqları azad edin, o zaman kommunikasiyaların açılmasını müzakirə etmək imkanı olacaq. Ancaq Ermənistan bunu istəmir. İrəvan sülhə hazır deyil.
Yeri gəlmişkən, Türkiyə Azərbaycana qeyd-şərtsiz dəstəyini elan etdikdən sonra Rusiyada Qarabağ münaqişəsinin həlli üçün planın mövcudluğu barədə açıq danışmağa başladılar. Moskva Ankaranın Cənubi Qafqazdakı rolunun artdığını nəzərə aldı. Ancaq Ermənistan öz ziyanına inadına davam edir. Eyni zamanda İrəvana xüsusi bir təzyiq (Moskvadan - red.) görmürəm, üstəlik, Ermənistana silah tədarükü barədə məlumat verilir.

Siyasi       Tarix: 26 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun meherremlik 2026 cəbhədən görüntülər xeberler bu qun