Ermənistan həm İranla, həm də ABŞ-ylə eyni dəyərlərə sahib ölkədir' - Deputat

Ermənistan həm İranla, həm də ABŞ-ylə eyni dəyərlərə sahib ölkədir' - Deputat"ABŞ ilə Ermənistan arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın preambula hissəsində diqqət çəkən əsas məqam "İki demokratik ölkə bu əməkdaşlığın ümumi dəyərlərə və maraqlara əsaslandığını vurğulayır" ifadəsidir. Əslində, Bayden adminstrasiyası ilə Ermənistanın mövcud və sabiq siyasi hakimiyyətlərinin demokratiya anlayışları arasında elə də ciddi fərq yoxdur. Onları birləşdirən "dəyərlər"in də eyni olduğu qənaətindəyəm. Bu qənaəti əsaslandırmaq üçün Azərbaycanın işğaldan azad edilmiş şəhər və kəndlərinin xarabalıqlarına, Xocalı soyqırımı zamanı törədilən dəhşətli qətliamın foto və video materiallarına, ermənilərin mina terroruna məruz qalmış yurd yerlərimizə, 300 min Qərbi Azərbaycanlının öz doğma evlərinə qayıtmaq hüququna Ermənistanın siyasi hakimiyyətinin və elitasının qeyri-insanı münasibətinə, həmçinin Ağ evin "qanlı imzası"nın atıldığı Yaxın Şərqə, Aralıq Dənizi hövzəsinə, Ukraynaya və digər ərazilərə nəzər salmaq yetərlidir".
Bu fikirləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli Ermənistanın ötən gün ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasına, eləcə də bu ölkənin Rusiyaya nota göndərməsinə münasibət bildirərkən deyib.
O, qeyd edib ki, ABŞ-nin Ermənistanı regional rifahın təməl daşı adlandırması məntiqsizlikdir:
"Xartiyanın birinci bölməsində yer alan məqamlar, xüsusilə də "öz suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını müdafiə etməyə qadir olan güclü, müstəqil, suveren və demokratik Ermənistanın uzunmüddətli regional təhlükəsizlik və rifahın təməl daşı" adlandırılması, Bayden Adminstrasiyasının, siyasi terminologiyada izahı və epiteti olmayan və bu baxımdan, qismən yumşaq - siyasi əxlaqsızlıq kimi qiymətləndirmək məcburiyyətində qaldığım və bəşəriyyətin tarixində nadir hallarda rast gəlinən ləyaqətsizlik, simasızlıq nümunəsidir. Maraqlıdır, görəsən, Bayden, Blinken və bütövlükdə, sözügedən üzqarası xartiyanın mətninin müəllifləri Ermənistanı hansı məntiqlə Ermənistanı "regional təhlükəsizlik və rifahın təməl daşı" adlandırırlar?
Nəinki Ermənistan adlı qucaqdəyişən forpostun yarandığı, bütövlükdə ermənilərin Cənubi Qafqaza – tarixi Azərbaycan torpaqlarına köçürüldüyü vaxtdan onların regional təhlükə, münaqişə mənbəyi olduqları kimsəyə sirr deyil. Hayların toplumsal olaraq, şizofrenik ultramillətçi və dağıdıcı mahiyyətini, terrora, qətliama meylli olduqlarını, yaşadıqları hər yerdə "su bulandırmaq", xarici maraqlara xidmət etmək "məharət"lərini, qəbilə təfəkküründən xilas ola bilmədiklərini və bunu arzulamadıqlarını nəzərə alsaq, onların məskunlaşdırları hər yerə rifah deyil, səfalət, fəlakət gətirdiklərini əminliklə deyə bilərik. Bir "dövlət" olaraq, mayası özgədən tutulmuş, kökü, əsli, təməli olmayan qondarma bir təsisat hansı məntiqlə "rifahın təməl daşı" sayıla bilər? Hansı resurs və potensialla? "Dövlət" olaraq mövcud olduğu zaman kəsiyində diləndiyi və dilənməkdə olduğu yardımların hesabına sürünən bir "ölkə" hansı imkanlarla regional rifah üçün təməl rolunda çıxış edə bilər? Sadəcə sözügdən "xartiya"da yer alan iqtibas gətirdiyim ifadələr Bayden adminstrasiyasının xarici siyasətini ağız suyuna bulamaq üçün yetərlidir".
Deputat ABŞ-ylə Ermənistan arasında imzalanan müqavilədən bilavasitə İranın bəhrələnəcəyini vurğulayıb:
"Bütün bunlardan sonra, "xartiya"nın birinci bölməsinə Birləşmiş Ştatların Cənubi Qafqazda ölkələrin suverenliyi və yurisdiksiyası əsasında regional nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasını dəstəklədiyi"nin qeyd olunması isə siyasi əxlaqsızlığın bir üst mərtəbəsidir. Bütün bunlardan sonra, "xartiya"da qeyd edildiyi kimi "Birləşmiş Ştatlar həmçinin Ermənistanla qonşuları arasında münasibətlərin normallaşmasına təşviq etməyə davam etmək niyyətindədir". Sənin təşviqini "yesinlər". Ermənistanla münasibətləri normaldan və hətta yaxşıdan dəfələrlə yüksəkdə olan yeganə ölkə, Ön və Qərbi Asiyanın digər "münaqişə virusu" mənbəyi olan İrandı, vəssalam. İran və Ermənistan rəsmiləri də hər addımbaşı eyni dəyərlərə sahib olduqlarını bəyan edirlər. Görəsən, Ermənistan eyni zamanda həm İranla, həm də ABŞ-la necə "eyni dəyərlərə" sahib olur. Belə anlaşılır ki, üzdə necə görünməsindən asılı olmayaraq, əslində molla rejiminin və Ağ evin xarici siyasəti eyni əsaslara söykənir və çox güman ki, Tehran da, ən azı Bayden adminstrasiyası üçün regional nələrinsə "təməl daşı"dır. Məşhur el deyimini azacıq interpretasiya etsək, belə anlaşılır ki, "daş düşüb təhlükəsizliyin və rifah"ın başına".
"Xartiya" başdan-başa parodoksallıqla müşayiət olunan mülahizələrdən ibarət olduğu üçün Ermənistanın silahlandırılması ilə regional sülh arasındakı məntiqi, Azərbaycanın hələ də davam etməkdə olan, sayı, Ermənistandan fərli olaraq, təbii artım nəticəsində bir milyonu keçən məçburi köçkün və qaçqın problemi ilə qarşı-qarşıya qalmasıyla və digər bu kimi məsələlərlə, həmçinin əsir və itkin düşmüş azərbaycanlılarla bağlı faktların üzərindən sükutla keçilməsini və digə aspektləri şərh etməyə lüzum görmürəm. Yaxşı olardı ki, Blinken və Mirzoyanın imzaladıqları kağız qırıntısı "Siyasi Əxlaqsızlıq Xartiyası" adlandırılsın".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 16 yanvar 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir

Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilir. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məluma

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabar hava meherremlik 2026 xeberler bu qun