Xalqlarımızı sülhə hazırlamalıyıq - Prezidentin köməkçisi
Xalqlarımızı sülhə hazırlamalıyıq.
KONKRET.az xəbər verir ki, bunu Qətərdə keçirilən "Doha Forumu"nda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan üçün müharibə və münaqişə bitib. Onun sözlərinə görə, sülh rifah yaratmalı, inkişaf təmin etməli, Cənubi Qafqazın bütün geosiyasi mənzərəsini dəyişməlidir. Bu aspektdə xalqlar arasında etimadın önəmli olduğunu vurğulayan Hikmət Hacıyev bildirib ki, Azərbaycan sülhü əbədi, davamlı və geri dönməz etmək istəyir: "Bunun üçün çox çalışmalıyıq. Bilirik ki, bəzən sülhü pozmaq istəyən qüvvələr ola bilər. Biz elə regional təhlükəsizlik arxitekturası qurmalıyıq ki, sülhə qarşı bütün mənfi meyllərə tab gətirsin. Bunun üçün əvvəlcə hökumətlər arasında etimad lazımdır. Məmnuniyyətlə deyə bilərəm ki, Ermənistan və Azərbaycan hökumətləri arasında etimad elementləri formalaşır. Bu, mühüm təməldir. Amma daha önəmlisi xalqlar arasında etimaddır. Biz xalqlarımızı sülhə hazırlamalıyıq. Azərbaycanın mesajı həmişə belə olub ki, biz sülh sazişini yalnız Ermənistan hökuməti ilə imzalamaq istəmirik, həm də Ermənistan xalqı ilə imzalamaq istəyirik ki, gələcək nəsillər də bunun faydasını görsün. Biz etimad quruculuğu tədbirləri üzərində işləyirik. Bilirik ki, bu çətindir. Cəmiyyətimizdə yaralar hələ təzədir, 30 illik münaqişə, son beş ildə eskalasiyalar və real müharibə vəziyyəti yaşanıb. Amma ən əsası budur ki, Azərbaycan regional liderlik və məsuliyyəti üzərinə götürüb".

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib