Ermənistan işğalından azad edilmiş Bala Göyçə gölündən - VİDEO
Azərbaycan Televiziyasının "AZTV Xəbər" informasiya proqramında Ermənistan işğalından azad edilmiş Bala Göyçə gölündən geniş reportaj yayımlanıb.
azxeber.com xəbər verir ki, çəkiliş qrupunun hazırladığı reportajda əsgərlərimizin işğaldan azad olunan ərazilərdə necə qürurla xidmət etdiyi əks olunub.
Bala Göyçə gölü Buğdadağın ətəyində yerləşir. Bir müddət əvvələ kimi erməni təxribatçılar gölü və ətraf əraziləri atəş altında saxladığından hər kəs bu təbiət möcüzəsinin suyundan, gözəlliyindən məhrum idi. Lakin müzəffər Azərbaycan Ordusu bu həsrətə son qoyub.
Komando birliklərində xidmət edən Elnur Mustafayev bildirib ki, bura strateji əhəmiyyəti olan yüksəklikdir: "Arxada bizim təminat yolları var, oraya, Bala Göyçəyə nəzərəti ələ keçirdik. Artıq söz və güc Azərbaycan Ordusunundur bu ərazidə. Bizim Azərbaycan Ordusu rəşadətlə öz xidmətlərini aparırlar".
Gölün ətrafında yetərincə minalanmış ərazi var, lakin minalar təmizlənir və ya zərərsizləşdirilir.
Polkovnik-leytenant, hərbi hissə komandiri Saqi Babayev deyib ki, yüksəkliyə nəzarət bərpa olunandan sonra istiqamətlər üzrə yeni yollar çəkilir.
Turlar.az [newsid: 0-123300]

AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Azərbaycan Hava Yollarının Yay Təcrübə Proqramına müraciətlər 4 dəfədən çox artdı - FOTOLAR
Bu ərazilərdə işıq olmayacaq
İlham Əliyev Malavi liderini təbrik etdi
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?
Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi
Ankara Zirvəsi ilə bağlı sensasion detallar: NATO Rusiyaya qarşı yeni strategiya hazırlayır?
Prezident Neft Fondunun ötənilki büdcəsinin icrasını təsdiq etdi
Messi iki rekorda imza atdı
Yeni dələduzluq üsulu yayıldı - DİN-dən əhaliyə xəbərdarlıq
15 yaşlı qız itkin düşdü
Əmircanda bacısının nişanlısını bıçaqlayan şəxsə hökm oxunub
Sabirabadda güllələnmiş kişi meyiti tapıldı
Yumurtanın təzə olub-olmadığını necə yoxlamaq olar?
İyulun 10-da su kəsiləcək - Bu ərazilərdə