Ermənistan müxalifətinin "baş naziri" İlham Əliyevin Moskva görüşündə qələbəsini etiraf edir - TƏHLİL

Ermənistan müxalifətinin "baş naziri" İlham Əliyevin Moskva görüşündə qələbəsini etiraf edir - TƏHLİL Ermənistan müxalifətinin "baş naziri" İlham Əliyevin Moskva görüşündə qələbəsini etiraf edir - TƏHLİL
Azərbaycanın 44 günlük Vətən müharibəsində zəfər qazanmasını Ermənistan hərbi-siyasi dairələrinin həzmindən keçmir.
Azərbaycanın döyüşlərdə yeni nəsil müharibə taktikalarından istifadə etməsi, hərbçilərimizin cəsarətlə ölümün gözünə dik baxmaları dünya mətbuatında da müzakirələrə yol açır, bu isə vaxtı ilə müdafiə xətlərinin keçilməz olduğunu düşünən Ermənistan üçün ikinci ağır zərbədir.
Müharibədə biabırçı məğlubiyyətə görə Ermənistanda günah keçisi axtarmaq üçün "ov mövsümünə" start verilib.
Ermənilərin müzakirələr platformasında qarşılıqlı ittihamlar gah əvvəlki hakimiyyətlərin, gah da hazırki hökumətin siyasi qapılarını döyür.
Baş nazir Nikol Paşinyan müharibədəki məğlubiyyətə görə özündən əvvəlki hakimiyyətləri təqsirləndirir, müxalifət isə Paşinyanın özünü məhşər ayağına çəkir.
Bu yaxınlarda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin eks-direktoru Mikael Ambardzumyan da Paşinyan əleyhinə analoji ittihamlar səsləndirmişdi.
O, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Onik Qasparyanın oktyabr ayında iclas zamanı Paşinyana hökm sürən vəziyyəti, perspektivi və birbaşa olaraq məğlubiyyətə doğru getdiklərini çox ətraflı şəkildə təqdim etdiyini deyib.
"Müharibə əməliyyatlarını dayandırmaq barədə təklif var idi, David Tonoyan (o zamankı müdafiə naziri) da eyni fikirdə idi", - deyə Ambardzumyan bildirib.
Keçmiş baş "çekist"lə Manukyan çəkici eyni yerə vurur
Hazırda Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi Vazgen Manukyan Paşinyanın Qarabağda döyüşlər gedərkən cəbhədə nə baş verdiyini yaxşı dərk edə bilmədiyini, ona görə də müharibəni vaxtında dayandırmadığını və beləliklə də əsas mövqeləri saxlamaq şansını əldən verdiyini deyib.
Vazgen Manukyan ittihamlara yeni rəng də qatıb, deyib ki, rəngli inqilablar axınında hakimiyyətə bacarıqsız, şəriştəsiz adamlar gəlir, ancaq rəhbərlik etmək funksiyasını yerinə yetirə bilmirlər.
O, birinci Qarabağ müharibəsində Azərbaycanda da eyni vəziyyətin yarandığını bildirib. Manukyan Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin buraxdığı səhvlər ucbatından Azərbaycanın torpaqlarını itirdiyini diqqətə çatdırıb.
Onun dediklərindən bu nəticəni çıxarmaq olur ki, "narıncı inqilab" nəticəsində hakimiyyətə gələn Paşinyanın ötən müddətdə işi cəmiyyətdə ayrı-seçkilik salmaq olub və ona bəslənən ümidləri puça çıxarıb.
Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistan baş nazirinin yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşündə Azərbaycan ikinci qələbəni qazanıb.
Bu barədə erməni nəşrləri də ekspertləri də bəyan edirlər. Elə baş nazir postuna namizəd Vazgen Manukyan da Azərbaycan Prezidenti İlham Əliyevin post-müharibə dövründəki diplomatik masada qələbə qazandığını etiraf edir.
Manukyan da bildirir ki, Moskva görüşündə Ermənistan heç nə qazanmadı, Azərbaycan isə əksinə, nə lazımdırsa, əldə etdi:
"Bu üçtərəfli danışıqlar zamanı biz heç bir şey əldə etmədik. Azərbaycan isə ehtiyac duyduğunu aldı",-deyə Manukyan qeyd edir.
Azərbaycanın istər döyüş meydanında, istərsə də diplomatiyada ardıcıl qələbələri Ermənistanda xof yaradır. Buna görə də Manukyan deyir ki, hazırda Ermənistan üçün revanşizmin, döyüşməyin mənası yoxdur.
"Ermənistan hücuma deyil, müdafiəyə hazır olmalıdır", - deyə Manukyan söyləyir.
Qısa ARAYIŞ
74 yaşlı Vazgen Manukyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün fəal mübarizə aparmış şəxslərdən biridir. O, 1990-91-ci illərdə Ermənistanın baş naziri, 1992-1993-cü illərdə Ermənistan müdafiə naziri postlarını tutub. 
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 14 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən xəbər azerbaycanda son xeberler xeberler az ən son xəbər