Ermənistan öz daxili siyasi mexanizmləri və xalqa verəcəyi mesajlara görə prosesi uzadır

Ermənistan öz daxili siyasi mexanizmləri və xalqa verəcəyi mesajlara görə prosesi uzadırTürkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla münasibətlərin normallaşması ilə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, Ankara üçün əsas şərt Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasıdır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bu gün verdiyi açıqlamada bildirib ki, rmənistan hər iki istiqamətdə səmimi səy göstərir. Bu iki komponentin heç biri digəri ilə şərtlənmir, onlar arasında səbəb-nəticə əlaqəsini aşkar etməyə çalışsaq, Türkiyə ilə münasibətlərin tam normallaşmasının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərməyəcəyi, əksinə, müsbət təsir göstərəcəyi ortaya çıxa bilər. 
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz azxeber.com-a açıqlamasında deyib ki, Türkiyə Ermənistanla normallaşmanı Azərbaycan–Ermənistan arasında sülh sazişi imzalanmadan heç vaxt tam şəkildə həyata keçirməyəcək:
Türkiyə Ermənistanla normallaşmanı Azərbaycan–Ermənistan arasında sülh sazişi imzalanmadan heç vaxt tam şəkildə həyata keçirməyəcək. Türkiyə və Ermənistan arasında görüşlər keçirilə, yol xəritəsi hazırlanaraq addımlar müəyyən edilə bilər. Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezident İlham Əliyev sülh müqaviləsinə imza atarlar, Türkiyə də həmin yol xəritəsində öz üzərinə düşən öhdəlikləri yerinə yetirər.
Türkiyənin keçmiş dövlət təcrübəsində ona verilən sözlərin sonradan yerinə yetirilməməsi ilə bağlı çoxlu nümunələr mövcuddur. Avropa Birliyi ilə bağlı da belə nümunələr var, NATO ilə bağlı da. Buna görə Ermənistan xarici işlər nazirinin "Türkiyə ilə normallaşsaq, Ermənistan–Azərbaycan münasibətləri də normallaşar" deməsi doğru yanaşma deyil. Bizim belə sözlərə "qarnımız toxdur"".
Ekspert bildirib ki, Əgər hər şeyin qaydasına düşməsini istəyirlərsə, sülh sazişi imzalanmalıdır:
"Azərbaycan və Türkiyə ilə barışmaq niyyətləri varsa, bunun birinci şərti sülh sazişinin imzalanmasıdır. Amma qeyd etdiyim kimi, artıq bir mexanizm yaradılıb, qarşılıqlı görüşlər keçirilir. Yəni mərhələli şəkildə hansı addımların atılacağına dair bir yol xəritəsi müəyyən edilə bilər. Onsuz da Türkiyə–Ermənistan danışıqlarında bu məsələlər müzakirə olunub. Ermənistan öz daxili siyasi mexanizmləri və xalqa verəcəyi mesajlara görə prosesi uzadır. Türkiyə öz öhdəliklərini yerinə yetirə bilər, amma sülh sazişi imzalanmadan tam şəkildə normallaşma mümkün deyil. Türkiyənin doğru mövqeyi budur".
"Əgər belə olmasaydı, Ankara 32 ildən artıqdır bağlı olan Ermənistan sərhədini açmaqdan çəkinməzdi. Türkiyə, Ermənistan və beynəlxalq siyasət baxımından da tutarlılıq, dürüstlük və hüquq bunu tələb edir"-,deyə general qeyd edib.
Şahanə Ziyad

Siyasi       Tarix: 21 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun en sonxeber kriminal son xeber.az