"Ermənistan Qarabağdan əlini üzüb" - Paşinyanın dedikləri müzakirə olunur
Ermənistanın Baş naziri Nikol Paşinyanın son mətbuat konfransında dedikləri müxtəlif reaksiyalara səbəb olub.
Separatçı, özünü "Dağlıq Qarabağ Respublikası"nın prezidenti adlandıran Araik Harutyunyan Facebook-da yazıb ki, "Dağlıq Qarabağ ermənilərinin müqəddəratının həlli ilə bağlı qərarları yalnız onlar özləri verə bilər. Onlar üçün Qarabağın müstəqilliyi əsas hədəf hesab olunur və Azərbaycanın tərkibində hər hansı bir status qəbuledilməzdir".
Paşinyan dekabrın 24-də onlayn rejimdə mətbuat konfransı zamanı iddia edib ki, onun Baş nazir olmasından bir neçə il əvvəl ATƏT-in Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar, nəticədə ermənilər üçün faciəvi olub və elə bir vəziyyət yaranıb ki, Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan Konstitusiyası əsasında baş verməlidir.
KONKRET.az-ın məlumatına görə, azərbaycanlı ekspert Şahin Cəfərli hesab edir ki, Ermənistanın Baş naziri bu açıqlaması ilə cəmiyyəti bundan sonra qəbul ediləcək qərarlara və atılacaq addımlara hazırlayır.
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bazar ertəsi keçirdiyi mətbuat konfransında Paşinyanın bəyanatına istinadən deyib ki, Ermənistan Qarabağdan "əlini üzüb":
"Bu aydındır ki, əgər Baş nazir deyirsə ki, 2016-cı ildən bəri Qarabağın Azərbaycandan kənarda nəzəri cəhətdən də hər hansı status almaq şansı olmayıb, onda bu, Ermənistanın mövqeyidir," – keçmiş prezident deyib.
Azərbaycanlı millət vəkili Səməd Seyidov BBC News Azərbaycancaya müsahibəsində bildirib ki, Ermənistan hazırda Azərbaycanın yaratdığı reallıqla hesablaşır.
Ermənistanda Paşinyanın dedikləriylə cəmiyyətin bir hissəsinin razı olmadığını deyən ermənistanlı politoloq Vigen Hakobyanın fikirincə, Baş nazirin apardığı siyasət və erməni-azərbaycanlı münasibətlərinin həllinə dair onun planları ölkədə "məğlubedici, pasifist bir plan" kimi qəbul edilir:
"Odur ki, əgər cənab Paşinyan nəsə deyirsə, bu, hələ o demək deyil ki, Ermənistanda və xüsusilə də siyasi dairələrdə onun dedikləri həqiqət kimi qəbul edilir".
İkinci Qarabağ müharibəsindən sonra Ermənistan sülh danışıqlarına başlanmasında başlıca şərtlərdən biri kimi Qarabağın statusu məsələsini qabartsa da, Azərbaycan birmənalı olaraq, Dağlıq Qarabağa hər hansı status verilməyəcəyini bəyan edib.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı