Ermənistan rəhbərliyinin nasist, islamofob partiya sevgisi - ŞƏRH

Ermənistan rəhbərliyinin nasist, islamofob partiya sevgisi - ŞƏRHErmənistan rəhbərliyinin nasist, islamofob partiya sevgisi - ŞƏRH
Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyi get-gedə dildə deyilən "faşist" rejimi olduğunu əməldə də sübut etməkdədir.
"Almaniya üçün Alternativ" (AfD) partiyasının dörd üzvü – Ştefan Koyter, Şteffen Kotre, Andreas Kulits və Andreas Qalau Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib, münaqişə ilə yaxından tanış olmaq istəyiblər, hətta mətbuat konfransı keçiriblər. Onlar separatçıların tərəfində duraraq Almaniyanın bu məsələdə öz təsirini Azərbaycan və Türkiyəyə göstərməli olduğu fikrini diqqətə çatdırıb.
Ermənistan rəhbərliyinin nasist, islamofob partiya sevgisi - ŞƏRHQarabağa səfər edən alman partiyası nasizmi, islamofobiyanı təbliğ edir bu partiya 2013-cü ildə Almaniyanın paytaxtı Berlində avroskeptiklər tərəfindən təsis olunub. Təsisçiləri iqtisadçı Bernd Lukke (iki il sonra partiyanı tərk edib – S.M.), siyasətçi Aleksander Qauland və "Frankfurter Alqemayne Saytunq"un ("Frankfurter Allgemeine Zeitung") siyasət şöbəsinin keçmiş redaktoru Konrad Adam olub. Partiya Yunanıstan iqtisadiyyatını xilas etmək üçün milyardlarla dollar ayrılmasına etiraz əlaməti olaraq yaradılıb.
"AfD" 2017-ci ildə Almaniya Bundestaqına keçirilən seçkilərdə 12,6% səs toplayıb və 94 yerlə parlamentdə təmsil olunan üçüncü böyük partiya olub. İndi keçək "AfD"nin yarandığı gündən özünü göstərdiyi əsas prinsiplərinə.
Əvvəla, onu qeyd edək ki, "AfD" Almaniyada olduqca mənfi imicə sahibdir. Partiyanın əsas lozunqları Almaniyanı "islamlaşmaqdan xilas etmək", inteqrasiya olunmayan miqrantları sıxışdırmaq, antisemit, ksenofob fikirlərdən ibarətdir. AfD ölkədə məscidlərin inşasına vəsaitin ayrılmamasını, hicabın qadağan olunmasını, mədrəsələrdə islam dərslərinin alman dilində tədrisini tələb edir. Onlar ölkəyə gələn miqrantlara qarşı sərt fikirləri ilə seçilir, aktiv şəkildə neonasist təşkilatları ilə əməkdaşlıq edir.
Ermənistan rəhbərliyinin nasist, islamofob partiya sevgisi - ŞƏRHBir nümunəyə baş çəkək. Almaniya millisinin və Münxen "Bayern"inin futbolçusu Jerom Boatenq hələ Berlində doğulsa da, anası alman olsa da, onun qaradərili olması bu partiya tərəfindən pislənilib. 2016-cı ildə partiya liderlərindən olan Aleksander Qauland verdiyi müsahibədə Boatenqin futbolçu kimi bəyənilsə də, qonşuları tərəfindən bəyənilmədiyini bildirib. Bu açıqlama isə Almaniyada irqçiliyi təbliğ edən fikir kimi qəbul edildi. "Bayern"in azarkeş və futbolçuları, o cümlədən Almaniyanın Ədliyyə naziri bu açıqlamaya görə partiyanı sərt qınadı.
Yenə ALeksander Qauland öz niqtlərindən birində alman əsgərlərinin İkinci Dünya Müharibəsində göstərdikləri "qəhrəmanlıqları" qiymətləndirməyə və onlarla "fəxr etməyə" çağıran açıqlama verib. O, faşist partiyası olan Adolf Hitlerin Milli-Sosialist partiyasının hakimiyyətdə olduğu 12 ilə görə qınanmağa ehtiyacı olmadığını bildirib və 6 milyon yəhudinin ölümünə görə alman əsgərlərinin günahının olmadığını vurğulayıb.
Ermənistan rəhbərliyinin nasist, islamofob partiya sevgisi - ŞƏRHGördüyünüz kimi, bu partiya daha çox keçmiş nasist "dəyərlər"i təbliğ edir və faşist ideyalarından heç nəyi ilə fərqlənmir. Bir sözlə, neonasizm cərəyanı bu partiyanın əsas prinsiplərindəndir.
Nasist almanların Qarabağda nə işi?
Bu gün cəbhədə ciddi məğlubiyyətlə üzləşən Ermənistanın Qərbin ciddi siyasi qüvvələrindən dəstək almaq cəhdləri nəticəsiz qalıb. Paşinyan və komandası Sorosla bağlı olsalar da, Avropadan istədikləri dəstəyi ala bilməyiblər. Avropa İttifaqı belə mülki əhali və mülki oybektləri hədəf alan Ermənistanı tənqid edən bəyanatla çıxış edib.
Deməli, Ermənistanın və heç bir ölkə tərəfindən tanınmayan qondarma respublikanın rəhbərliyinin bütün ümidi nasist-faşist ideologiyasının daşıyıcılarına və terrorçulara qalıb. Suriya və Livandan kürd terror dəstələrinin üzvlərinin muzdlu kimi bölgəyə gətirən Ermənistan Avropada nasist ideologiya daşıyıcılarının dəstəyinə ümid edir.
İrəvanın mərkəzində azərbaycanlıların kütləvi şəkildə öldürülməsində əli olmuş, II Dünya Müharibəsində Türkiyə və SSRİ-yə qarşı Faşist Almaniyası ilə sıx əməkdaşlıq etmiş Qareqin Njdeyə heykəl qoyan dövlətdən başqa nə gözləmək olar ki? Ermənistanın "Almaniya üçün Alternativ" partiyasının nümayəndələrini işğal olunmuş Qarabağa dəvət etməsi bu ölkənin xisləti üçün təbii bir hal kimi görünür. Ermənistan dünyada yeganə monoetnik ölkə kimi tanındığından, "Almaniya almanlar üçündür" düşünən nasist baxışlı partiya nümayəndələri ilə həmfikir olduqlarını sübuta yetirir.
Bu, nasist partiyanın Qarabağa ilk səfəri deyil
Məlumat üçün bildirək ki, Manuel Oxzenrayter 20 fevral 2017-ci ildə işğal altında olan torpaqlarımızda keçirilmiş qondarma "referendum"da "AfD" partiyasının Türinqen federal torpağının parlamentindəki (Landtaq) bir neçə deputatı ilə birlikdə müşahidəçi qismində iştirak etdiyi üçün Azərbaycanın "arzuedilməz şəxslər" siyahısına daxil edilib. Bundan başqa, ötən ilin iyununda da bu partiyanın əməkdaşları Qarabağa qeyri-qanuni səfər edib.
Səbuhi Musayev

Siyasi       Tarix: 19 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


son xeberler azerbaycan xeberleri yeni xeberler hava şou biznes xəbərləri apa.az xeberler ən son xəbər