Ermənistan sərhədə texnika yığır, bu, yeni müharibəyə hazırlıqdır' - Hərbi ekspert

Ermənistan sərhədə texnika yığır, bu, yeni müharibəyə hazırlıqdır' - Hərbi ekspertSon vaxtlar yenə də müxtəlif təxribatlara əl atmağa çalışan, atəşkəsi pozan Ermənistan tərəfi bu dəfə sərhədə şəxsi heyət və artilleriya qurğuları cəmləşdirir. 
Azərbaycan Müdafiə Nazirliyindən də verilən məlumata görə, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.
Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Bəs Ermənistan bununla nə etmək istəyir? Onlar yeni müharibəyə hazırlaşır? 
Hərbi ekspert Ramil Məmmədli azxeber.com-a açıqlamasında məsələyə münasibət bildirib.
Ermənistan sərhədə texnika yığır, bu, yeni müharibəyə hazırlıqdır' - Hərbi ekspertEkspertin sözlərinə görə, Ermənistan ordusunun yeni müdafiə xəttinin inşası prosesini həyata keçirməsi yeni genişmiqyaslı təxribatların həyata keçirilməsi üçün bir ilkin addımdır:
"Bu, ümumi prosesin tərkib hissəsidir. Yəni Ermənistanın Azərbaycanla sərhəd istiqamətində bölgədə formalaşdırdığı müdafiə prosesinin bir hissəsidir. Ümumilikdə isə, Ermənistan Azərbaycanla sərhədboyu ərazilərdə yeni mühəndis-istehkam xəttinin qurulmasını həyata keçirir. Müdafiə xəttinin formalaşdırmasını yerinə yetirir. Bu müdafiə xətti təxminən 400 kilometrlik sərhəd zolağını əhatə edəcək. Bunu Ermənistan tərəfinin yaydığı qeyri-rəsmi və rəsmi məlumatlara əsasən bildirirəm. Müdafiə xətti Göyçədən, yəni təxminən bizim Daşkəsən, Gədəbəy əraziləri istiqamətindən Araz çayınadək olan əraziləri əhatə edir. Ermənistan ordusunun bu yeni müdafiə xəttinin formalaşdırmaqda əsas məqsədi, təbii ki, gələcəkdə hər hansı bir addım atılarsa, onu sığortalamaq üçündür. Yəni istənilən halda hücumu həyata keçirmək istəyən ordu müdafiəni yüksək səviyyədə təkmilləşdirməlidir. 
Bu baxımdan da hesab edirəm ki, Ermənistan ordusunun yeni müdafiə xəttinin inşası prosesini həyata keçirməsi, eyni zamanda yeni genişmiqyaslı təxribatların həyata keçirilməsi üçün bir ilkin addımdır. Təsadüfi deyil ki, bu prosesi həyata keçirən mühəndis-istehkam xidmətinə silahlı Pilotsuz Uçuş Aparatları və döyüş təyyarələrinin hava zərbələrindən qorunmaq üçün zəruri sayılan qurğulara da diqqət yetirilməsi tapşırılıb". 
Ekspert bildirib ki, Ermənistanın bu cür addımları sülh müqaviləsinin bağlanması və sərhədlərin müəyyənləşməsinin ləngidilməsi üçün atılan addımlardır:
"Düşünürəm ki, Ermənistanın bölgədəki bu addımları sülh müqaviləsinin imzalanmasını ləngitməyə yönəlib. Həmçinin sərhəd zolağının delimitasiya və demarkasiyası işlərinə də mənfi təsir göstərmək üçün atılan addımlardır. Yəni həmin ərazinin hərbiləşdirilməsi birmənalı olaraq bu işlərə mənfi təsir göstərir. Hesab edirəm ki, bu da həmin istiqamətdə müəyyən müharibə işartılarının yaranması deməkdir. Təhlükə var, əgər ordu yığılırsa, hərbi birləşmə varsa, yeni müdafiə xətti formalaşdırılırsa, artıq buna birmənalı olaraq yeni müharibənin başlanğıcı kimi yanaşmalıyıq. Hətta qarşdurma olmasa belə, biz buna bu cür yanaşmalıyıq".
Aydın Nuri

Siyasi       Tarix: 18 oktyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar kriminal bugun xəbər az zelzele