Ermənistan TƏŞVİŞ İÇİNDƏ: "Görün, Türkiyə və Azərbaycan burada nələr edəcək"
"Biz Yeni ilə hazırlaşırıq, yolka qoyuruq, tonqallar yandırırıq, "Eurovision" mahnı müsabiqəsi keçiririk, düşmənin isə artıq dövlətimizin paytaxtı ilə bağlı konkret ambisiyaları var".
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın "Respublika" Partiyasının üzvü Eduard Şarmazanov deyib.
"Ermənistan Respublikasının "suveren ərazisi" olsa da, biz dəvəquşu kimi başımızı torpağa basdırdıq və deyirik: "sülh dövrüdür"" – deyə Şarmazanov bildirib.
O, qeyd edib ki, baş verənlərdən az adam xəbərdardır:
"Faktiki olaraq Ermənistanın tamamilə devrilmək təhlükəsi var. Ermənistan Respublikası artıq yoxdur: bəlkə də kağız üzərində var, amma reallıqda yoxdur, çünki bu respublikanın yaranma səbəbi yoxdur".
Eduard Şarmazanovun sözlərinə görə, siyasi qüvvələr Ermənistan Respublikasının baxışı ilə bağlı təkliflər verməlidir.
"Biz soyqırım ərəfəsindəyik. Allah eləməsin, məndə belə bir məlumat var, əgər Rusiya Ukraynada məğlub olsa, görərsiniz, Türkiyə və Azərbaycan burada nələr edəcək. Aİ Türkiyəni öz ərazisindən, Yunanıstandan çıxara bilməz, necə gəlib bizə dəstək verəcək? Müharibə ilə üzləşəcəyik, ya yox, bilmirəm, amma dağılmaq təhlükəsi qarşısındayıq" – deyə Şarmazanov fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı