"Ermənistan-Türkiyə sərhədi istənilən an açıla bilər"
Ermənistan və Türkiyə arasında dialoq və münasibətlərin normallaşdırılması prosesi sərhədin istənilən an açılması barədə qərar qəbul etməyə imkan verəcək qədər irəliləyib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda BMT-nin Biomüxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransının (COP17) sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Biz, məsələn, bazar ertəsi və ya sabah yuxudan oyanıb Ermənistan-Türkiyə sərhədinin açıldığını görə bilərik", – nazir qeyd edib.
Mirzoyanın sözlərinə görə, tərəflər arasında dialoq kifayət qədər intensivdir və münasibətlərin normallaşdırılması prosesi əhəmiyyətli dərəcədə irəliləyib. O bildirib ki, Ermənistan sərhədi sərnişin və yük daşımaları üçün açmağa hazırdır.
Nazir vurğulayıb ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində yekun qərar istənilən vaxt qəbul edilə bilər.

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub