Estoniyalı nazir: Azərbaycanlı tələbələrin ölkəmizdə oxumasını istəyirik
"Estoniya azərbaycanlı tələbələrin ölkənin ali təhsil müəssisələrində təhsil almasını, eləcə də estoniyalıların Azərbaycana səfərlərinin artmasını istəyir".
azxeber.com xəbər verir ki, bu sözləri Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün təhsil və turizm sahəsində əlaqələrin genişlənməsi vacibdir:
"Azərbaycanlı tələbələrin Estoniyaya gələrək ali təhsil müəssisələrimizdə təhsil almasını çox arzulayırıq. Eyni zamanda, estoniyalıların da Azərbaycana, Bakıya və bu gözəl ölkəyə daha çox səfər etməsini istərdik.
Estoniya ilə Azərbaycan arasında çox yaxşı və uzunmüddətli münasibətlər mövcuddur. Qonaqpərvərliyinizə görə təşəkkür etmək istəyirəm. Estoniyada belə deyirik: əgər estonlarla dostsunuzsa, onlarla əbədi dostsunuz. Hər dəfə Azərbaycana gələndə bunu hiss edirəm. Buraya gələndə özümü sanki evimə gəlmiş kimi hiss edirəm. Bir daha təşəkkür edirəm".
Aynur Babazadə
Kurslar.az kurslar [newsid: 0-123300]

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
Putin Rusiyaya artıq heç nə təklif edə bilmir: yalnız müharibə, yoxsulluq və ümidsiz gələcək
Azərbaycanda kürəkən qayınatasını öldürdü
Bakıda iki azyaşlı bacı vəfat etdi
Elnur Həsənov vəzifədən azad edildi
Həkimə düşmək üçün həbsxanaya getdi: ABŞ-da inanılmaz hadisə
Trampın vaxtı daralır – Rusiya və Ukrayna arasında sülh nə qədər realdır?
Azərbaycanda palçıq vulkanı püskürdü
ARB TV-dən Elgiz Əkbərlə bağlı - AÇIQLAMA
Bakıda yanan avtomobil yolda qaldı: Sürücü maşını kənara çəkməkdən imtina etdi
Azərbaycan və Özbəkistan parlamentləri arasında 'Yol xəritəsi' imzalanıb - Yenilənib
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı: Özcan Deniz və digərlərinin ifadələri alındı
Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
"Sabah" - "Barselona" matçının ən yaxşısı odur