Ermənistan və Azərbaycan arasındakı sülh müqaviləsi İrana sərf etmir - '40 milyon soydaşımız ayağa qalxsa'

Ermənistan və Azərbaycan arasındakı sülh müqaviləsi İrana sərf etmir - '40 milyon soydaşımız ayağa qalxsa'"Çox təəssüflər olsun ki, İran İslam Respublikasının ali dini rəhbəri Əli Xameneyi ölkəyə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı "İran hələ də hesab edir ki, "Zəngəzur dəhlizi" ideyası Ermənistanın maraqlarına cavab vermir" deyə çirkin mövqe sərgiləyib.
Bu sözləri azxeber.com-a açıqlamasında "Ümid" partiyasının sədr müavini, politoloq Tamilla Qulami Əli Xameneyinin Zəngəzur dəhliziylə bağlı səsləndirdiyi sərsəm fikirlərə münasibət bildirərkən deyib.
Ermənistan və Azərbaycan arasındakı sülh müqaviləsi İrana sərf etmir - '40 milyon soydaşımız ayağa qalxsa'O bildirib ki, İran 2020-ci ildən başlayaraq Ermənistana humanitar yardımlar edir:
"2020-ci ilin 27 sentyabrında Azərbaycanın Ermənistana əks hücumla cavabından sonra apardığı müqəddəs savaşda öz haqqı olan torpaqlarını işğaldan azad edən zaman belə İran Ermənistana humanitar yardım adı altında hərbi yardımlar göndərdiyinin şahidi olduq. Hətta ölkə başçısı cənab İlham Əliyev də bu məsələ ilə bağlı öz mesajını vermişdi ki, biz kimin Ermənistana hansı dəstəyi verdiyini açıq şəkildə görür, müşahidə edirik. "Zəngəzur dəhlizi İranın qırmızı xəttidir" deyən İran rəsmilərinə də Azərbaycandan zaman-zaman bəyanatlar səslənməsinə baxmayaraq, İranın Ermənistanla yaxın münasibətləri ölkəmizə qarşı ortaq cəbhə açmaqda davam edirdi.
Xüsusi qeyd etmək lazımdır, Azərbaycan bölgədə yeganə ölkədir ki, kimsənin torpaqlarında gözü yoxdur və yeganə dövlətdir ki, heç bir dövlətin "bostanına daş atmayıb". Biz tarixən qonşu dövlətlərlə də balansı siyasət yürütməyin tərəfdarı olmuşuq. 2020-ci ilin 9 noyabrından 10 noyabrına keçən gecə Rusiya-Azərbaycan-Ermənistan arasında bağlanan üçtərəfli sazişdə açıq-aydın Azərbaycanın Naxçıvana gediş-gəlişinin əngəlsiz şəkildə həyata keçməsi və quru yolların açılması müddəası - "Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir" öz əksini tapmışdı. 44 günlük Vətən müharibəsindən 4 il ötməsinə baxmayaraq, bu məsələ hələ də öz həllini tapmayıb və Azərbaycan və Ermənistan arasında imzalanması gərəkən Sülh müqaviləsinin imzalanmasına gedən məsafə uzanır".
Siyasi şərhçi əlavə edib ki, İran birbaşa olaraq Şərqi Zəngəzurla Naxçıvan arasında yolların açılmasına əngəl olmağa çalışır:
"Qonşu İranın işğalçı Ermənistan ilə müttəfiqliyinin Azərbaycana qarşı cızdığı qırmızı xətti Şərqi Zəngəzurla Naxçıvan Muxtar Respublikasını birləşdirən yolların açılmasına ciddi şəkildə əngəl yaratmağa çalışır. Halbuki İranın çəkdiyi bu absurd qırmızı xəttin heç bir geosiyasi əsasları yoxdur. Çünki yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycanın heç bir dövlətə qarşı ərazi iddiası yoxdur. İranın isə islam dövlət adı altında Ermənistana etdiyi heç bir müsəlman qardaşlığına sığmır. 30 il torpaqlarımız Ermənistanın işğalı altında qalanda, sərhədinin 132 kilometrinin Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçməsinə İran illərlə səssiz qaldı, bir dəfə də Ermənistanın əleyhinə heç bir bəyanat vermədi. İslam dövləti olan İran illərlə Azərbaycanın əzəli-əbədi torpağı olan Qarabağdakı məscidlərimizdə ermənilərin donuz saxlamasına da reaksiya vermədi.
İran qəbul etməlidir ki, Azərbaycanın möhtəşəm zəfəri nəticəsində bölgədə yeni geosiyası reallıq yaranıb. Onu görməmək, qəbul etməmək Azərbaycana qarşı məkrli siyasət yürütmək deməkdir. Güney Azərbaycanda 40 milyonadək soydaşımız yaşayır və o torpaqlar Azərbaycanın əzəli torpaqlarıdır. Bütün bunlara baxmayaraq, Azərbaycan hansısa işğalçı siyasət yürüdüb, İranla münasibətlərində korlanma hərəkətləri irəli sürməyib. İranın silahlı qüvvələrini təmsil edən və birbaşa ali siyasi rəhbərə tabe olan SEPAH kimi qoşun növləri komandanlarının və onlara yaxın dairələrin isə Azərbaycana qarşı radikal mənfi münasibətini daim açıq-aşkar müşahidə edirik".
Politoloq qeyd edib ki, İranın verdiyi bəyanatlar yalnız sülhün qarşısının alınmasına xidmət edir:
"Sadəcə çox təəssüflər olsun ki, İran bölgədə öz maraqlarından əl çəkmək istəmir və görünən odur ki, verdiyi bəyanatlar zərərlidir və sülhün qarşısını almağa yönəlik addımlardır. Burdan belə qənaətə gəlmək olar ki, Ermənistan və Azərbaycan arasında bağlanacaq olan sülh müqaviləsi İrana sərf etmir. Çünki bu zaman sərhədləri iki dövlət özü qoruyacaq, İranın da Ermənistanın verdiyi qərarlara müdaxilə imkanları sıfıra enəcək. O zaman həm də İran öz ərazi bütövlüyünün parçalanması təhdidi ilə ehtiyat edir. Məsələ bu ki, Güney Azərbaycanda bizim 40 milyon soydaşımız öz azadlıqları üçün ayağa qalxsa, İran adlı dövlətdən əsər-əlamət qalmayacaq. Ona görə də çalışır ki, hər vəchlə bu dəyişikliklərə gedən yolda yanan bütün yaşıl işıqları qırmızı işığa keçirsin.
Amma ki, nə fayda... Zaman gələcək, Azərbaycan qansız-qadasız öz əzəli torpaqlarına qovuşacaq. Cənab Prezidentin də Zəngəzurla bağlı dediyi kimi – Biz tanklarla deyil, o torpaqlara maşınlarla qayıdacağıq!".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 06 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları

"Mən artıq demişəm ki, "biz sizi basdıracağıq" sözlərini sizin məzarqazanlarınızın etdiyi kimi hərfi mənada başa düşmək lazım deyil… Söhbət cəmiyyətin sırf tarixi inkişafından gedir. Kapitalizm öz əsrini baş

Ceyhun Bayramov Nyu Yorka getdi 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, b

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığı qey

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb. xarici KİV-ə istinadən xəbə


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal bugun en yeni xeberler son xabar krminal bu gun