Revanşist suala Paşinyanın maraqlı cavabı

Revanşist suala Paşinyanın maraqlı cavabıBir neçə gün öncə Paşinyan İrəvan Dövlət Universitetində tələbələrlə görüşüb, Ermənistan mətbuatının yazdığına görə, görüş gərgin keçib, millətçi tələbələr Nikolu qəzəbləndiriblər.
KONKRET.az xəbər verir ki, bu barədə siyasətçi Natiq Cəfərli bildirib.
"Tələbələrdən biri sual verib ki, Qarabağın "itiriləcəyini" 2018-ci ildə dəqiq bilsəydiniz, yenə də inqilab edib hakimiyyətə gələrdinizmi? Paşinyan da cavab verib ki, bəli, çünki Qarabağı "itirməsəydik", əsl müstəqil dövlət ola bilməzdik.
Digər tələbə isə Paşinyanı tənqid edib ki, siz "tarixi Ermənistan" ideyasından əl çəkməyə çağırırsınız, amma 300 min kv.km ərazisi olan "tarixi Ermənistanı" geri qaytarmaq haqqında düşünüb addımlar atmasaq, indiki Ermənistanı da itirəcəyik.
Paşinyan bu suala da məntiqli cavab verib ki, 29 743 kv.km ərazisi olan əsl Ermənistanı inkişaf etdirək, buna gücümüzü, enerjimizi sərf edək, miflərlə özümüzü və gələcəyimizi zəhərləməyək.
Bir sözlə, Paşinyan reallığı qəbul edərək, erməni mifalogiyasının mənbəyi olan kilsə ilə mübarizə apararaq, Ermənistanı "sağaltmağa" çalışır. Bu komanda Ermənistana normallaşmaq üçün bir şansdır, tələbələri belə "zəhərlənmiş" mono-etnik toplumun "sağalması" çətin prosesdir.
Mifalogiya bu toplumun "genlərinə" işləyib, hələ də, guya, 300 min kv.km ərazisi olan "tarixi" Ermənistandan danışanlar var. Bu "əraziyə" Türkiyənin, Azərbaycanın, Gürcüstanın bir hissəsi "daxildir", həmin xəstə təfəkkürlü insanlara sual vermək lazımdır ki, ay biçarələr, cəmi 3 mln. əhaliniz var, hətta fantastik və absurd ssenari təsəvvür etsək, tutalım, 300 min kv.km ərazisi olan Ermənistan qurduz, belə bir mifik ölkənin sərhədlərini necə qoruyacaqsınız?! Bütün əhalinizi sərhədlərə düzsəniz belə qoruya bilməzsiniz, bundan başqa, ərazi "iddianız" olan ölkələrin cəmi əhalisi 100 mil.-dur, siz 3 mln.-la 100 mln. əhaliyəmi qalib gələcəksiniz?! NATO-nun Avropa hissəsinin ən güclü ordusu olan Türkiyədənmi ərazi istəyirsiniz?! Azərbaycanın möhtəşəm Ordusu bir qırağa, yol polisləri belə İrəvana qədər gedib çıxarlar, bunu anlamırsınızmı?! Hələ mən uzun illərdir Türkiyə tərəfindən təlim görən, standartları yüksələn Gürcüstanı demirəm, sizlər heç onlarla belə bacara bilmədiyinizi başa düşmürsünüzmü?!
Nə isə, Rusiyanın Ermənistanda revanşistləri qızışdırmağa çalışdığı dövr yenidən başlayır, İrəvan Universitetində provokotiv sula verənlərin "ideya babası" da ruslardır.
Paşinyan və komandası cəmiyyətin "sanitarlarıdır", uğurları da var, cəmiyyətin böyük qismi "sağalıb-sağalır", amma əsl imtahanları 2026-cı ilin seçkiləri olacaq – əgər o seçkiləri də Paşinyan və komandası udsa, artıq əminliklə demək olacaq ki, Ermənistan cəmiyyəti "sağalıb", revanşistlər "marginallaşıb" və təsirlərini tam itiriblər.
Bunun üçün biz də bəzi addımlar atmalı, sülh müqaviləsini seçkilərə qədər imzalayaraq, Ermənistanın normallaşmasına öz tövhəmizi verməliyik", – o vurğulayıb.

Siyasi       Tarix: 05 iyun 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugun xeberler sonxəbərlər şou biznes xəbərləri