Ermənistan xilasını Azərbaycanda görür - Sülh gündəliyi ilə bağlı AÇIQLAMA

Ermənistan xilasını Azərbaycanda görür - Sülh gündəliyi ilə bağlı AÇIQLAMAAzərbaycan Ermənistanı sülh prosesini müzakirə etmək üçün şərti sərhəddə görüş keçirməyə dəvət edib. Ölkəmizin Xarici İşlər Nazirliyi Ermənistan tərəfini lüzumsuz fasilələrdən çəkinməyə çağırıb və İrəvanın yaxın vaxtlarda danışıqlara başlamaq çağırışını dəstəkləyəcəyinə ümid etdiyini bildirib. Məsələylə bağlı
KONKRET.az-ın suallarını cavablandıran politoloq Samir Hümbətov bildirib ki, tərəflərin şərti dövlət sərhədində görüşməsinin müsbət cəhətləri çoxdur:
Ermənistan xilasını Azərbaycanda görür - Sülh gündəliyi ilə bağlı AÇIQLAMASamir Hümbətov
"Çünki burada üçüncü tərəfin iştirakı olmadan yalnız iki tərəf görüşəcək. Bununla da tərəflər qaranlıq məqamları rahat şəkildə müzakirə edə biləcəklər. Ona görə də istər Azərbaycan, istərsə də Ermənistan üçün danışıqların üz-üzə aparılmasının əhəmiyyəti daha çoxdur. Həm də orada delimitasiya məsələləri müzakirə olunacaq. Sülh danışıqları üçün mövcud olan detalların daha rahat müzakirəsi də mümkündür. Bu təcrübə əslində bir dəfə olub. 1999-cu ildə ulu öndər Heydər Əliyevlə Ermənistanın o vaxtkı prezidenti Robert Koçaryan Naxçıvanda görüşmüşdülər".
Sülh gündəliyindəki mübahisəli məqamlara toxunan politoloq bildirib ki, sərhəddəki görüşdə həmin detalların da müzakirəsi də gözlənilir: "Paşinyan bildirdi ki, sülh gündəliyi Azərbaycan tərəfi ilə razılaşdırılıb. Azərbaycan da bununla bağlı müsbət açıqlamalar versə də, hələlik tam razılaşma yoxdur. Məncə, bu görüşdə həm o məsələlər də müzakirə olunacaq. Çünki 10 noyabr bəyannaməsini artıq Ermənistan qüvvədən salıb. Amma hər halda Azərbaycan Naxçıvanla quru əlaqələri qurmaqda israrlıdır. Düşünürəm ki, bu məsələlərə də toxunulacaq. Gündəlikdə Türkiyə Ermənistan arasında münasibətlərin bərpa edilməsi də var. Sərhəddəki görüş həm də qaranlıq ziddiyətlərə aydınlıq gətirməyə kömək edəcək".
Vəli Həsənov
KONKRET.az

Siyasi       Tarix: 24 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər cəbhədən yeni xəbərlər ən son xəbərlər xeber az