Ermənistan XİN başçısı: 'Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 44 günlük İkinci Qarabağ müharibəsində üzləşdikləri faciəni özlərini aldatmağın nəticəsi hesab edir.
Azxeber.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında yalanla yaşamağı dayandırmağı məsləhət görüb.
"Başımıza gələn faciə özümüzü aldatmağın nəticəsidir. Reallığın gözünün içinə baxmaq, bir-birimizlə birbaşa danışmaq, heç nəyi gizlətməmək lazımdır", - o bildirib.
Nazir müxalifətin Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlarla bağlı tənqidinə cavab verməkdən də yayınıb. Ancaq bununla belə, 1990-cı illərdən Türkiyə ilə vaxtaşırı danışıqların və ya yazışmaların aparıldığını, lakin bu barədə cəmiyyətə məlumat verilmədiyinin necə ortaya çıxdığını izah etməyi xahiş edib.
"Biz uzunmüddətli və sabit sülhə sadiqik", - A.Mirzoyan qeyd edib.

Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var
Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA
Bərdədə VAZ eşşək arabası ilə toqquşdu: Ölən var
Naxçıvanda maşın aşdı: ölən var
Azərbaycan nefti bahalaşdı
Meloni İlham Əliyevə təşəkkür etdi