"Ermənistan XİN-in tarix dərslərinə ehtiyacı var
"Deyəsən Ermənistan XİN-in tarix dərslərinə ehtiyacı var. Avropanın təhlükəsizliyinə ilk təhdidlərdən biri Ermənistanın hərbi təcavüzü və Azərbaycanın suveren ərazilərinin təxminən 20%-nin işğalı olub".
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.
A.Hacızadə Ermənistan XİN-in Azərbaycanda erməni məhbuslarının olmasına dair iddialarına cavabında bildirib: "Ermənistanın "məhbus" adlandırdığı şəxslər üçtərəfli bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələb etdiyi tədbirləri rədd edib.
Ermənistan hələ də 3800 itkin düşmüş şəxslə bağlı məlumat vermir. Ermənistan 1 milyona yaxın azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Ermənistan qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmalarına mane olur".
XİN rəsmisi əlavə edib ki, Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
Təcili: Azərbaycanda dizel bahalaşacaq? – Deputatdan AÇIQLAMA
Formula-1 ilə bağlı DYP-dən sürücülərə xəbərdarlıq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürdü
Beyləqanda AĞIR QƏZA: Beş İran vətəndaşı xəsarət aldı
İki britaniyalı alim az qala kosmosa uçacaqdı – 1862-ci ildə ölüm-dirim mübarizəsi
Gəncədə 32 yaşlı şəxs güllələndi
Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?
Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO
Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir
"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?
ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı