Ermənistan XİN: "Sülh müqaviləsini yekunlaşdırmaq üçün danışıqlara hazırıq
"Ermənistan sülh müqaviləsini yekunlaşdırmaq üçün Azərbaycanla danışıqlara və Cənubi Qafqazda təhlükəsizliyin yaxşılaşdırılması üçün əməli addımlar atmağa hazırdır".
Bunu Skopye şəhərində ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O xatırladıb ki, Ermənistan müəyyən prinsiplərə əsaslanan sülh sazişinin bağlanmasının tərəfdarıdır.
"Bu, Bakı və İrəvan tərəfindən bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması; MDB-nin prinsipləri və məqsədləri haqqında 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası və sonrakı demarkasiyası; ölkələrin suverenliyi, yurisdiksiyası, qanunvericiliyi, bərabərliyi və qarşılıqlı tanınması əsasında regionda kommunikasiyaların açılmasıdır. Ermənistan tərəfi sadalanan prinsiplərə sadiqliyini bir daha təsdiqləyir və bu istiqamətdə praktiki addımlar atmağa hazır olduğunu nümayiş etdirir", - o əlavə edib.
Ermənistan xarici işlər naziri həmçinin ölkəsinin yaxın həftələrdə Türkiyə ilə sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması qərarını həyata keçirməyə hazır olduğunu təsdiqləyib. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda