Ermənistan yaxın 5 ildə Azərbaycanla sülhü rəsmiləşdirməyə hazırlaşır
Ermənistan hökuməti Azərbaycanla sülhü rəsmiləşdirməyə, Türkiyə ilə münasibətləri nizama salmağa, Avropa İttifaqı, ABŞ, İran, Gürcüstanla strateji əlaqələri və Rusiya ilə çoxşaxəli əlaqələri inkişaf etdirməyə hazırlaşır.
azxeber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyanın hökumətin iclasında təqdim etdiyi Ermənistan hökumətinin 2026-2031-ci illər üçün proqramında qeyd olunub.
Xarici siyasət hissəsində qeyd olunub ki, Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası, eləcə də Azərbaycanla sülhün institusionallaşdırılması (yəni sülh müqaviləsinin və digər hüquqi aktların imzalanması), həmçinin iki ölkənin vətəndaş cəmiyyəti və işgüzar dairələri arasında əlaqələrin aktivləşməsi üzrə işləri davam etdirəcək.
Hökumət həmçinin Türkiyə ilə diplomatik münasibətlər qurmaq və azı iki müasir nəzarət-buraxılış məntəqəsi ilə sərhədi açmaq (hələlik onlardan Ermənistan tərəfində biri – Armavir regionundakı Markara nəzarət-buraxılış məntəqəsi hazırlanıb), eləcə də enerji infrastrukturlarını yenidən işə salmaq niyyətindədir.

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun