Ermənistan yenə fəlakətlə üzləşir: Manukyan bilmir ki...
Ermənistanın böyük ehtimalla növbəti baş naziri olacaq Vazgen Manukyan hansı nazirlər kabinetini toplayacağını, ölkənin nə vaxt və necə böhran meneceri olacağını bilmir.
Publika.az xəbər verir ki, bunu erməni jurnalist Sergey Bablumyan qeyd edib.
O bildirib ki, Ermənistanda daxili siyasi böhran hökm sürür: "Müxalifət bu vəzifəyə öz namizədini təklif edərək baş nazirin istefasını tələb edir. Yeni komandanın əylənməyə vaxtı olmayacaq, səhv etmək hüququ da olmayacaq. Yeni kabinet ən çətin və ya ümidsiz şəraitdə uğur qazanmağı sübut etmiş insanlardan ibarət olmalıdır. Ermənistanda belə insanlar varmı? Unudulmuş və ya hələ toxunulmamış intellektual və idarəetmə sahələrində axtarış aparırsınızsa, bəlkə. Bunu təkrarlamaq utandırıcı olsa da, burada peşəkarlardan danışırıq".
Jurnalist qeyd edib ki, ilk növbədə, kənd təsərrüfatı, diaspor və mədəniyyət nazirliklərinin idarəetmə strukturunda dəyişiklik gözləmək lazımdır və sonuncusu olmasa, ölkə yaşaya bilməz: "Müharibə zamanı İngiltərənin baş naziri Uinston Çörçillə ölkənin büdcəsi təqdim edilir. O, sənədi nəzərdən keçirərək soruşur:
- Bəs mədəniyyətin xərcləri haradadır?
- Hələ müharibə davam edir! Hansı mədəniyyət?
- Mədəniyyət yoxdursa, onda niyə mübarizə aparırıq? - Çörçill təəccüblənir".
Onun sözlərinə görə, Rusiyanın yeni hökuməti qurulanda tərkibdə yer alan köhnə nazirlər - Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu kimi insanlar bugünkü Ermənistanda yoxdur.
Paşinyanı əvəzləyənlər bu gün, ilk növbədə, sosial və iqtisadi problemləri həll etməlidir.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək