"Ermənistan yoxa çıxa bilər: onlara yazığım gəlir" - Vasserman

KONKRET.az Rusiya Dövlət Dumasının Təhsil komitəsinin üzvü, televiziyada intellektual oyunların iştirakçısı Anatoli Vassermanın Oxu.az-a müsahibəsini təqdim edir:
– Siz heç vaxt Ermənistana rəğbətinizi gizlətməmisiniz. Son aylarda Ermənistanın Qərbə doğru çevrildiyi göz qabağındadır. Ermənistanın rəhbərliyi KTMT, MDB və Aİİ sammitlərində iştirak etmir. Siz bu barədə nə düşünürsünüz? Coğrafi və siyasi reallıqları nəzərə alsaq, Ermənistanın birdəfəlik Qərbə üz tutması realdırmı?
– İlk növbədə qeyd edim ki, mənim, həqiqətən də Ermənistana simpatiyam var. ABŞ texnologiyalarından istifadə edərək növbəti rəngli iğtişaşlar vasitəsilə hakimiyyəti ələ keçirən Ermənistanın indiki rəhbərliyinə isə zərrə qədər də rəğbətim yoxdur. Mənim Corc Sorosa və sorosçulara heç bir hörmətim yoxdur və tam əminəm ki, onlar yalnız hakimiyyəti ələ keçirdikləri ölkələrə və xalqlara zərər vurmağa qadirdirlər. Əslində, Nikol Paşinyanın komandası beş ildir ki, elə bununla məşğuldur. İstisna etmirəm ki, onlar Ermənistanı siyasi "Kama Sutra"nın hansısa ekzotik pozasında ABŞ-ın istifadəsinə verəcəklər.
Təbii ki, ermənilərə çox yazığım gəlir, amma digər tərəfdən, 2021-ci ilin növbədənkənar parlament seçkisində Paşinyan və onun əlaltıları öz dağıdıcı qabiliyyətlərini inandırıcı şəkildə nümayiş etdirdikdən sonra belə, bu komanda yenə də parlamentdə səs çoxluğu əldə etdi. Məhz həmin andan etibarən erməni seçicilərin əksəriyyəti onların başına gətirilənlərə görə məsuliyyət daşıyır.
Coğrafi mövqeyə gəlincə, Ermənistan çoxdan idi ki, Rusiya, Türkiyə və İran arasında balans yaratmağa çalışırdı… İstənilən halda, əminəm ki, erməni dövlətçiliyinin məhv edilməsi Ermənistanın qonşuları üçün vəziyyəti daha da qəlizləşdirəcək.
– Bəs Ermənistanın özü kimə lazımdır? O, Fransadan, ABŞ-dən yardım alır…
– Amerikalılar indi bütün dünyada, o cümlədən sizin regionda maksimum qeyri-sabitliyin olmasında maraqlıdırlar. Başqa ölkələrin başına gələnlərin onlar üçün heç bir əhəmiyyəti yoxdur. Daha çox münaqişənin olması vacibdir. Əgər münaqişə üçün zəmin yoxdursa, bunu özləri yaradırlar. Fransaya gəlincə, 19-cu əsrdən bəri orada çoxlu erməni yaşayır. Fransa siyasətçiləri öz mövqelərini nəzərə almağa məcburdurlar. Amma Fransadakı erməni diasporundan başqa, Qərbdə heç kimin Ermənistana ciddi ehtiyacı yoxdur.
– Bəs bu nə deməkdir? Bayaq qeyd etdiyiniz erməni dövlətçiliyinin yoxa çıxması, məhv edilməsi?
– Ermənistan dövlətçiliyinin yoxa çıxmasını istisna edə bilmərəm. Bizə dünya tarixindən məlumdur ki, belə hallar olur.

Siyasi       Tarix: 23 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər cəbhədən yeni xəbərlər ən son xəbərlər xeber az