Ermənistana qaz satışı: "Kasıb bazar nəyimizə lazımdır?!"

Ermənistana qaz satışı: "Azərbaycan üçün Ermənistan 2.5 milyard kubmetr qaz istehlak edən ölkədir. Ancaq hazırkı şəraitdə Ermənistan bazarında qaz satmaq sərfəli deyil".
KONKRET.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.
Onun sözlərinə görə, Ermənistan bazarında qaz satışı sanksiyalarla boğuşan Rusiyaya sərf edir:
"Regional qiymət əsas götürülür. "Qazprom"un satış qiyməti 160 dollardır. Azərbaycan niyə bu bazarda qaz satsın ki?!
İkinci tərəfdən, Rusiyanın əl-qolu sanksiyalarla hər yerdən bağlanıb. Buna görə 1 milyard kubmetr qazı satmaq da bir qazancdır".
Ekspert qeyd edib ki, Azərbaycan son illər Gürcüstan bazarında qaz həcmini azaldıb:
"Gürcüstan bazarında payımızı son 2 ildə azaltmağa başlamışıq. Əvvəl Azərbaycan qazının payı 95% həcmində idi. İndi 75-dir. Rusiyanın Gürcüstan bazarında payı artıb. Əvəzində bu həcmləri Avropa bazarına çıxarırıq. Qoy elə Ermənistan bazarını da Rusiya təmin etsin".
İ.Şaban vurğulayıb ki, Türkiyənin qazla təminatı Iğdır-Naxçıvan kəməri ilə hıyata keçirilə bilər:
"Ermənistan ərazisindən keçməklə Naxçıvanı təmin edə bilərik. Digər tərəfdən, Naxçıvanla Türkiyə arasında Iğdır-Naxçıvan qaz kəməri var. Türkiyənin şərq bölgəsinin təminatını elə bu kəmərlə təmin edə bilərik. Bu, biznesin şaxələndirilməsidir".
İqtisadçı diqqətə çatdırıb ki, Ermənistan bazarı Azərbaycan üçün o qədər də sərfəli deyil:
"Ermənistan bazarında qaz satışını kommersiya baxımından cəlbedici görmürəm. Kasıb bazar nəyimizə lazımdır?! Daha varlı bazarlara yönəlmişik. Vaxtı ilə o qədər pul qoyub 3500 kilometrlik boru xəttini niyə çəkmişik?!"
Xatırlatma: noyabrın 14-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Kopenhagendə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə ən operativ şəkildə elektrik xətlərinin və qaz kəmərinin tikintisini həyata keçirmək barədə razılığa gəliblər.

Sosial       Tarix: 15 noyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberlər sosial yardim cəbhədən xəbər gunun xeberleri