Ermənistana son xəbərdarlıq: Anti-terror əməliyyatı başlayacaq

Ermənistana son xəbərdarlıq: Anti-terror əməliyyatı başlayacaqAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb. Forum martın 11-dək davam edəcək. 
Forumda ümumilikdə 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.
Bakı forumu artıq qlobal müzakirə platformasına çevrilib. Platformada Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı, geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir. Bu baxımdan X Qlobal Bakı Forumu əhatəlilik, miqyas və təsir baxımından regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi bir platformadır.
X Qlobal Bakı Forumunun açılışının ən diqqətçəkən məqamı isə şübhəsiz Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı oldu. Çıxış zamanı bir çox məsələyə toxunan Prezident ənənəsinə sadiq qalaraq özünəməxsus üslubda siyasi mesajlar da verdi.
Qarabağ erməniləri ilə bağlı açıqlama 
Prezident çıxışı zamanı qeyd edib ki, "Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqların hüquqları konstitusiyamız tərəfindən qorunur".
Ölkə başçısı bu sözləri ilə iki məsələyə diqqət çəkir:
Birincisi, Ermənistandan fərqli olaraq Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Bu, iki ölkənin etnik azınlıqlara verdiyi qiymətin, dəyərin əyani göstəricisidir. Ötən əsrin 80-ci illərinə qədər Ermənistanda 500 minə qədər azərbaycanlı olduğu halda bu gün bir dənə də olsun azərbaycanlı yoxdur. Azərbaycanda isə faktiki olaraq birdən çox etnik azınlıq yaşayır və onlar içərisində ermənilər də var.
İkincisi, Prezident "Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur" deyərək hər vəchlə Ermənistanın və onun havadarlarının səsləndirdiyi status iddialarını bloklamış oldu. Yəni Qarabağ erməniləri də Azərbaycanda yaşayan digər etnik azınlıqlar ilə eyni hüquq və azadlıqlara məxsusdur və onların ən böyük qarantı Azərbaycan konstitusiyasıdır.
Antiterror əməliyyatının anonsu
Prezidentin çıxışında diqqətçəkən bir digər məqam isə onun "İndi artıq sülh qurmaq vaxtıdır. Biz 2020-ci ilin noyabrında təşəbbüs irəli sürdük ki, dinc yolla danışıqlar aparılsın. Beş məşhur prinsip var və onlar Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edə bilər" sözləridir.
Rəsmi Bakı ilə İrəvan arasında hazırda diplomatik trafik yaşanır. Azərbaycan tərəfi 5 baza prinsipini qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistan tərəfi isə öz təkliflərini Azərbaycana çatdırıb. İrəvanın Bakının təkliflərinə təkliflər ilə cavab verməsi prinsip etibarilə prosesi uzatmaq cəhdindən başqa bir şey deyil. Bunu Prezidentin "Ümid edirik ki, burada vasitəçi rolunu oynamağa çalışan beynəlxalq iştirakçılar Ermənistanı bu şansı itirməmək üçün dilə gətirəcəklər. Çünki onlar müstəqil ölkə olmaq şansını əldən verib, digər ölkələrin müstəmləkəsinə çevrilib və real şəkildə müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar" sözləri də təsdiq edir.
Ölkə başçısı açıq şəkildə Ermənistanı və onun havadarlarını xəbərdar edir ki, rəsmi İrəvan prosesi uzadacağı təqdirdə Bakı hərbi yola da əl ata bilər. Prezidentin "Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik" sözləri isə Bakının antiterror əməliyyatlarına hazır olduğunu göstərir.
Rəsmi Bakı ciddiyyətini göstərmək üçün Fərrux əməliyyatlarına bənzəri bir antiterror əməliyyatına başlaya bilər.
Tehranın iddialarına Prezidentin cavabı
Prezidentin çıxışında toxunduğu bir məqam  isə Nizami Gəncəvi ilə bağlı oldu. Ölkə başçısı bildirib ki, "Nizami Gəncəvi doğma Gəncə şəhərində dünyaya gəlib, orada yazıb-yaradıb və orada da dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür".
Prezidentin bu məsələyə reaksiya verməsi prinsip etibarilə bir müddət öncə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin Nizami Gəncəvi ilə bağlı fikirlərinə cavab xarakteri daşıyır.
Nizami Gəncəvinin yalnız farsca əsərlərinin dövrümüzə gəlib çatması onu fars əsilli şair etmir. Müqayisə üçün deyim ki, orta əsr Avropa ədəbiyyatında da fransız dili daha çox hakim idi. Lakin bu alman, ya da ispan bir şairi, yazarı fransız etmir. Yaxın Şərqin orta əsr ədəbiyyat dili də fars dili olduğu üçün Nizaminin bu dildə əsər yazması təbiidir.
Prezident çıxışında həm də onu qeyd edib ki, "Bizim qonşularımız azad olunmuş ərazilərimizdə urbisid, kultursid və ekosid həyata keçiriblər. Azərbaycan xalqının mənəvi hüququ var ki, qisas alsın".
Əslində Prezidentin bu sözləri həm Ermənistana, həm də İrana bir mesajdır. Faktiki olaraq Ermənistan işğal dövründə Azərbaycan alban kilsələrini erməni Qriqoryan kilsəsi kimi İran isə məscid və ibadətxanaları fars memarlığı kimi təbliğ edib. Bizim qonşularımız deyərkən ölkə başçısı həm Ermənistanı, həm də İranı hədəfə alır.
Müəllif: Politoloq Turan Rzayev / azxeber.com

Siyasi       Tarix: 09 mart 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler cəbhədən son xəbərlər cəbhədən ən son xəbər bu gunun xeberleri