Ermənistanda daxili siyasi böhran və Qarabağ münaqişəsi - Vadim Truxaçovun ŞƏRHİ

Ermənistanda daxili siyasi böhran və Qarabağ münaqişəsi - Vadim Truxaçovun ŞƏRHİErmənistanda daxili siyasi böhran və Qarabağ münaqişəsi - Vadim Truxaçovun ŞƏRHİ
Ermənistanda çoxdan gözlənilən siyasi fırtına baş verib. Dünən martın 16-da ölkə parlamenti "Çiçəklənən Ermənistan" fraksiyasının lideri Qagik Tsarukyanı deputat toxunulmazlığından məhrum edib. Müraciət 2 aprel 2017-ci il parlament seçkiləri ərəfəsində vətəndaşlara rüşvət verilməsi ilə bağlı cinayət işində Qagik Tsarukyanı ittiham edən baş prokuror tərəfindən təqdim olunub.
Bundan əvvəl Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Tsarukyanın iqamətgahına basqın edib, sonra onu kütləvi etiraz aksiyası fonunda doqquz saatdan çox dindiriblər. Bu zaman 250-dən çox aksiya iştirakçısı saxlanılıb. Dünən də azı 100 nəfər tutulub.
Xatırladaq ki, "məxməri inqilab" zamanı Nikol Paşinyanın tərəfdarları hakimiyyət tərəfindən tutulmamışdı. Qagik Tsarukyan özü də müxalifətçinin baş nazir olmasında fəallıq göstərmişdi.
Məşhur erməni jurnalist Hayk Halatyan baş verənlərlə bağlı "Facebook" səhifəsində yazıb: "Görünür, bu vəziyyətdən ya diktator Paşinyanla, ya da baş nazir Paşinyan olmadan çıxacağıq... Ancaq bütün oliqarxlar/iri sahibkarlar üçün bir nümunə: Paşinyanı tənqid etmirsiniz və istefasını tələb etmirsinizsə, təntənəli günlərinizi sizə məxsus restoranlarda baş nazirlə birlikdə qeyd edəcəksiniz. Tənqid etmək qərarına gəlsəniz, dərhal köhnə rejimdən qalma oliqarx statusuna qayıdırsınız və keçmişin nəyə görəsə iki ildir yada düşməyən günahları barəsində açılmış cinayət işləri haqqında məlumat alırsınız...
P.S. Hər halda, keçmiş müxalifət lideri Paşinyanın özünə qarşı tənqidə dözümsüzlüyü təəccübləndirir. Bu, narahatlıq yaradır".
Nikol Paşinyanın diktatora çevrilməsi bu gün başlamayıb, sadəcə, temp yüksəlib. İndi Ermənistanın baş naziri ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğunu iddia edir. Təqib olunan oliqarx və deputat isə hesab edir ki, hazırkı hökumətin cavab verməli olduğu vaxt gələcək.
Ermənistandakı siyasi qeyri-sabitlik Qarabağ nizamlanmasına necə təsir edəcək? Məsələn, elə həmin Qagik Tsarukyan çaşqınlığını belə ifadə edir: "Nə baş verdiyini və nə barədə danışıqlar apardıqlarını izah etmək əvəzinə bildirirlər ki, heç bir şey haqqında danışmırıq, qəhvə və ya çay içirik".
Ermənistandakı vəziyyəti politoloq, Rusiya Dövlət Humanitar Universitetinin dosenti Vadim Truxaçov Media.Az-a şərh edib.
- Ermənistanda baş verən hadisələr fonunda Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin perspektivləri nə yerdədir? Heç bir irəliləyiş yoxdur, Nikol Paşinyan özü əvvəlki bütün razılaşmalardan rəsmi şəkildə imtina edib.
- Əlbəttə, hər hansı danışıq müharibə və insan itkisindən hər zaman daha yaxşıdır. Bu, həm Azərbaycan, həm Ermənistan, həm də Rusiya üçün yaxşıdır, çünki bunlar hamısı yaxındır. Düşünürəm ki, Qarabağla bağlı yaxşı həll yolu ola bilməz, bu, hər iki tərəfə yaramayacaq.
- Bu başa düşüləndir. Amma bu özü elə güzəştdir. Ancaq danışıqlar da yoxdur, çünki hazırkı Ermənistan hökuməti razılaşmalardan imtina edib - Madrid prinsipləri, Kazan formulu və s. Sıfırdan başlayaq? Bu ki cəhənnəm zülmüdür.
- Bu, həqiqətən, cəhənnəm zülmüdür. Əlbəttə, Nikol Paşinyan Ermənistanın rəhbərliyindəki ən uğurlu siyasətçi deyil. Buna görə də, həmin ölkədə başqa bir fəalın hakimiyyətə gəlməsini gözləməyə dəyər. Ancaq təbii ki, heç kim əbədi gözləməyəcək. Diqqət yetirin, Paşinyandan əvvəl qarabağlıların Ermənistana rəhbərlik etməsinə baxmayaraq, danışıqlar prosesi davam edirdi.
- Bəli, qəribə də olsa, razılaşmalar "Qarabağ klanı"nın dövründə əldə olunub. Nikol Paşinyan isə "Yerevan klanı"nın nümayəndəsidir...
- ...Paşinyan İcevandandır, amma bəli, bu, bilavasitə Ermənistan ərazisidir. Düşünürəm ki, Ermənistanın baş naziri dayanıqsız mövqeyini nəzərə alaraq, bu cür kəskin hərəkətlərlə həm erməni diasporunun, həm də erməni cəmiyyətinin ən radikal hissəsinin dəstəyini qazanmağa çalışır.
- Ermənistan cəmiyyətində yanaşmalarda fərq var. Bəziləri Qarabağın Ermənistana "birləşdirilməsinin" tərəfdarıdır, digərləri isə bu qanunsuz qurumun "müstəqilliyini" tanımasının. Bütün bunlar, əlbəttə ki, danışıqlar prosesinə, daha doğrusu, onun faktiki yoxluğuna təsir göstərir. Bu, nə qədər davam edə bilər?
- Belə vəziyyət Rusiya, Fransa (Avropa İttifaqının nümayəndəsi kimi) və ABŞ təzyiq göstərməyə başlayana qədər davam edəcək. Bu isə yaxın gələcəkdə baş verəcək. Fikrimcə, 2020-ci, maksimum 2021-ci ildə. Rusiya, ABŞ və Aİ arasında ziddiyyətlərə baxmayaraq, Qarabağ məsələsində xüsusi fikir ayrılığı yoxdur. /oxu.az

Siyasi       Tarix: 17 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


son xeberler azerbaycan xeberleri yeni xeberler sou biznes son xabarlar ən son xəbərlər xeber.az son xeberler