Ermənistanda seçkidən sonra Azərbaycanla münasibət BELƏ OLACAQ - VACİB MƏQAM

Ermənistanda seçkidən sonra Azərbaycanla münasibət BELƏ OLACAQ - VACİB MƏQAM"Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələri Zəngəzur dəhlizinin açılmasına müəyyən təsirləri ola bilər. Burada əsas məsələ seçkilərin hansı nəticə ilə yekunlaşacağıdır.
Əgər seçkilər hazırkı hakimiyyətin qələbəsi ilə yekunlaşarsa və bundan sonra referendum keçirilərsə, həmçinin Ermənistan konstitusiyasında Azərbaycana qarşı irəli sürülən iddialar aradan qaldırılarsa, bu, regionda sabitliyin təmin olunması baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:
Ermənistanda seçkidən sonra Azərbaycanla münasibət BELƏ OLACAQ - VACİB MƏQAM"Seçkilərin nəticəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki hazırkı hakimiyyət sülh gündəliyini və kommunikasiyaların açılmasını dəstəkləyir. Xüsusilə Vaşinqtonda keçirilən görüşdə bu istiqamətdə müəyyən razılaşmaların əldə olunduğu qeyd edilir. Əgər mövcud hakimiyyət yenidən qalib gələrsə, bu məsələlərin praktik həllinə doğru irəliləyiş mümkün görünür.
Lakin müxalif qüvvələrin mövqeyi fərqlidir. Onlar Zəngəzur dəhlizi ideyasına qarşı çıxır, eyni zamanda, sülh prosesinə daha ehtiyatlı və ya mənfi yanaşırlar. Müxalifət daxilində Qarabağ məsələsini yenidən gündəmə gətirmək istəyən və əvvəlki münaqişə ritorikasını davam etdirən qüvvələr də mövcuddur. Bu isə revanşist meyllərin qalması deməkdir və sülh prosesini çətinləşdirə bilər".
E.Səftərov qeyd edir ki, məsələ yalnız Ermənistanın daxili siyasəti ilə məhdudlaşmır.
"Burada ciddi geosiyasi faktorlar da rol oynayır. ABŞ, Rusiya, İran və müəyyən mənada Çin kimi aktorların maraqları bu layihəyə təsir edir. Xüsusilə son illərdə dünyada baş verən münaqişələr alternativ enerji, ticarət və logistika marşrutlarına marağı artırıb. Bu kontekstdə Azərbaycanın da daxil olduğu Orta Dəhliz və Zəngəzur dəhlizi həm regional, həm də qlobal səviyyədə yüksək strateji əhəmiyyət daşıyır. Bu layihələrin reallaşması təkcə region ölkələri üçün deyil, daha geniş ərazi baxımından iqtisadi və nəqliyyat imkanlarını genişləndirə bilər".
O, sonda qeyd edib ki, hazırda hüquqi mexanizmlər, təhlükəsizlik məsələləri və tərəflərin rolları ilə bağlı danışıqlar davam edir, müəyyən razılaşmalar əldə olunsa da, bu məsələlər hələ tam həllini tapmayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 24 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda son xabarlar cəbhədən son xeber cəbhədən ən son xəbər