Ermənistanı bu amerikalı idarə edəcək – Departamentdən şok qərar
ABŞ Dövlət Departamenti Ermənistan hökumətinə korrupsiyaya qarşı mübarizədə kömək etmək üçün bir mütəxəssis işə götürmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, işə götürüləcək şəxs Ermənistanın Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edəcək və islahatların təbliğinə öz töhfəsini verəcək.
"Mütəxəssis yeni antikorrupsiya orqanlarının yaradılmasında Ermənistan hökumətinə dəstək verəcək və səmərəliliyini artıracaq. Bu qurumlar korrupsiya hallarını araşdıracaq və korrupsioner vəzifəli şəxsləri məsuliyyətə cəlb edəcəklər", - məlumatda qeyd edilib.
Bundan əlavə, mütəxəssis Ermənistan hakimiyyət orqanlarına hüquq-mühafizə islahatlarının inkişafı və həyata keçirilməsi barədə məsləhət verməlidir. Ədliyyə Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə quracaq.
Məsləhətçi, həmçinin araşdırmaçılar üçün təlimlər təşkil edəcək və Vaşinqton tərəfindən maliyyələşdirilən layihələri idarə edəcək.
Bu vəzifəyə yalnız Amerika vətəndaşları müraciət edə bilər. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək