Ermənistanı qaza gətirənlər – ŞƏRH

Ermənistanı qaza gətirənlər – ŞƏRH Ermənistanı qaza gətirənlər – ŞƏRH
Ermənistanın işğalçılıq siyasətini davam etdirməsinə qol-qanad verən amillərdən biri də ölkəyə silah tədarükünün həyata keçirilməsidir.
Düzü, Ermənistanın alqı-satqı müqavilələri, hərbi-texniki əməkdaşlıq ilə ordusuna yeni silahlar əlavə etməsinə nail olması qeyri-mümkün görünür.
Ağır sosial-iqtisadi gərginliyin altında inildəyən, dövlət büdcəsində qısır maliyyə imkanları olan Ermənistanın idxal yolu ilə yeni texnikaları və silahları orduya daxil etməsi potensialı yoxdur. Burada hərbi-texniki əməkdaşlıqdan çox Ermənistana uzanan havadarlıq missiyasının əllərini görmək olar.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda çıxış edərkən Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını vurğulayıb.
İlham Əliyev qeyd edib ki, bu baxımdan Ermənistana silahların pulsuz verildiyi qənaətinə gəlmək olar.
Prezident çıxışında silah satmaq adı ilə Ermənistan üçün nəfəslik rolunu oynayan ölkələrə aydın, konkret mesajlar verir.
Hansı ölkələr Ermənistana "can verir"?
Bu gün iqtisadi potensialının tükənmək üzrə olduğu Ermənistanın silahlanma prosesinin istiqamətlərini bir neçə qrupa bölmək olar.
Birinci istiqamət üzrə demək olar ki, Rusiya hərbi texnikaları Ermənistana peşkəş edir ya da dəyərindən ucuz qiymətinə satır. İkinci istiqaməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan digər ölkələrdən satınalmalar təşkil edir.
Böyük maliyyə imkanlarına malik olan erməni diasporunun dəstəyi ilə beynəlxalq hesabatlara düşmədən silah idxalı da həyata keçirilir ki, bunu da üçüncü istiqamət hesab edə bilərik.
Üç istiqamətin ümumi konsepsiya halında cəmləsək, deyə bilərik ki, Ermənistanın silahlanması açıq və gizli yollarla həyata keçirilir.
Ermənistanın silah mənbələri sırasında təkcə yuxarıda adı çəkilən dövlətlər dayanmır.
Tovuz döyüşlərindən sonra mətbuatda İran və Küveytin də Ermənistanı gizli şəkildə silahlandırdığına dair məlumatlar yer almaqdadır.
Hərbi sahə üzrə ixtisaslaşan "Azeridefence" jurnalının 2015-ci ildə dərc olunan məlumatlarına əsasən, Ermənistanın əsas silah alqı-satqısı gizli yollarla, Albaniya, Yunanıstan, Kipr, Polşa, Fransa, Moldova, Ukrayna, Livan, Hindistan daxil olmaqla bəzi ölkələrin şirkətləri üzərindən həyata keçirilib.
Xaricdəki erməni diasporunun dəstəyi və maliyyəsindən də bu istiqamətdə geniş istifadə olunur. Bununla bağlı indiyədək kifayət qədər faktlar aşkarlanıb. Bu işdə isə daha çox Ermənistanın əsas silah idxal-ixracatçısı olan "DG Arms Corporotion" şirkətinin adı keçir.
Silahlar həm döyüşdə, həm də diplomatik cəbhədə susdurulur
Ermənistan ordusunu silah gücünə ayaqda saxlamaq cəhdləri isə iflasa uğrayır – həm döyüş meydanında, həm də diplomatik cəbhədə.
Bu ilin iyulun 12-16-sı tarixlərində Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təcavüz həyata keçirmək planlarının qarşısı uğurla alındı.
Bunun ardınca isə Serbiya, İordaniyanın, Rusiyanın Ermənistana böyük miqdarda silah-sursat satdığı üzə çıxması ilə diplomatik ifşa prosesi başladı.
Sözsüz ki, Ermənistan aldıqları silahları Azərbaycana tuşlayır, amma adekvat cavab tədbirləri ilə geri oturdulur.
Bunun ardınca isə özünə gəlməyə çalışır, lakin hərbi məğlubiyyətlə yanaşı, həm mediada, həm də diplomatik müstəvidə Ermənistanın və onun havadarlarının ziyanına işləyən məlumatlar yayımlanır. Lakin nə Ermənistan, nə də onun havadarları nəticə çıxarmırlar, bu da Ermənistanı qaza gətirir.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 25 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun meherremlik 2026 cəbhədən görüntülər xeberler bu qun