"Ermənistanın cinayətləri ilə bağlı sübutlar toplanılır" - Kamran Əliyev
"Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı işlər gedir".
KONKRET.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O qeyd edib ki, Ermənistanın cinayətləri ilə bağlı bütün işlər Hərbi prokurorluqda xüsusi şöbədə cəmləşib və bütün hallar rəsmiləşdirilir, sübutlar toplanılır.
"Bunlar həm beynəlxalq məhkəmələrə müraciət edəndə istifadə olunur, həm də ikitərəfli qaydada həmin şəxslərin tapılması, təhvil verilməsi istiqamətində də işlər davam etdirilir.
Azərbaycana qarşı törədilən cinayətlərdə iştirakı olan bir sıra erməni əsilli şəxslər məsuliyyətə cəlb edilib, cəzalar alıblar və bu istiqamətdə biz fəaliyyətimizi davam etdirirk", – deyə K.Əliyev bildirib.
O, 20 Yanvar hadisələrinin istintaqından da söz açıb:
"O zaman 147 nəfər həlak olub, 744 nəfər müxtəlif bədən xəsarətləri alıb, 841 nəfər qanunsuz həbslərə məruz qalıb. Bildiyiniz kimi, həmin dövrdə Azərbaycan Respublikası Ali Sovetinin razılığı olmadan birbaşa olaraq, Sovet dövrünün o vaxtkı rəhbərliyi tərəfindən, konkret olaraq Mixail Qorboçov tərəfindən belə bir qərar qəbul edilmişdi.
Təbii ki, bu insanlıq əleyhinə olan bir cinayətin tördilmiş qərar və əmr idi. Bundan sonrakı hadisələr də göz qabağındadır. Bildiyiniz kimi, həmin faktla bağlı cinayət işi başlanılmışdı, prokurorluqda istintaq aparılır.
Burada bir neçə cinayət bir icraatdadır. Təssüflər olsun ki, həmin dövrdə Azərbaycanın hakimiyyəti tərəfindən buna hüquqi qiymət verilməmişdi".

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı