Ermənistanın daha bir şəhəri AYAĞA QALXDI - Azərbaycan qorxusu ilə...
Ermənistanın ikinci ən böyük şəhəri Gümrüdə etiraz aksiyası keçirilib.
Publika.az xəbər verir ki, "Daşnaksütyun" partiyasının təşkil etdiyi aksiya çərçivəsində üç mərkəzi küçə yarım saat boyunca nəqliyyatın hərəkətinə bağlanıb.
Baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişlər zamanı "Əgər Rusiya məhbuslarla iş görürsə, o zaman Paşinyan nə edir" kimi suallar səsləndirilib.
Bildirilib ki, baş nazir ölkənin üzləşdiyi problemləri həll edə bilmir və bu, hər kəsə aydındır. Ölkəni xilas etmək üçün açıq tələb qoymur və "düşmən" bundan istifadə edərək yeni iddialar irəli sürür. Ermənilər məhbus mübadiləsi ilə yalnız Rusiya tərəfinin məşğul olmasını qəribə hesab edir.
Müxalifət qarşıdakı günlərdə daha genişmiqyaslı aksiyalara hazırlaşır.
Qeyd edək ki, 10 noyabrdan bəri İrəvanda Paşinyanın vəzifəsində qalmasına qarşı aksiyalar və yürüşlər keçirilib. Aksiyaların əsas təşkilatçıları "Daşnaksütyun", "Vətən" və "Çiçəklənən Ermənistan" partiyalarıdır.
Xatırladaq ki, Ermənistan hökuməti 30 illik işğal çərçivəsində Azərbaycana böyük miqdarda kompensasiya ödəməlidir. İşğalçı dövlətin bu kompensasiyanı ödəmək imkanı olmadığına görə, əvəzində torpaq istəyi gündəmdədir. Ermənilər də məskunlaşdıqları tarixi Azərbaycan ərazilərinin geri qaytarılmasından təşviş keçirir.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı