"Ermənistanın taleyi ümidsizdir" – Lepexindən Zəngəzur AÇIQLAMASI
"Azərbaycan Zəngəzur dəhlizini açmaqda israrlıdır. Çünki onun üçün Naxçıvan istiqamətində dəhliz yaratmaq strateji məqsəddir.
KONKRET.azxəbər verir ki, bunu rusiyalı ictimai xadim Vladimir Lepexin deyib.
Lepexin bildirib ki, Ermənistanın indiki vəziyyətdə müqavimət göstərməyə imkanı yoxdur: "Azərbaycan bəzi şərtlər formalaşdıracaq, əgər Ermənistan razı olmasa, Azərbaycan bunu güc yolu ilə həll edəcək. Görünür, Azərbaycan həmişə addımlarının legitimliyinə nail olduğunu nümayiş etdirir. Əslində strategiya ondan ibarətdir ki, Ermənistana təzyiqləri davam etdirməli, Zəngəzurdan Naxçıvana dəhlizin açılmasına nail olmalıdır. Ermənistanın hazırkı rəhbərliyi bununla bağlı heç nə edə bilməz, çünki müqavimət göstərmək üçün heç bir resursu yoxdur", – deyə ekspert qeyd edib.
O, deyib ki, İrəvan lap əvvəldən, 2020-ci ildən sonra beynəlxalq ictimaiyyətə və Qərbə müraciət edərək daim güzəşt mövqeyi tutub:
"Qərb bu cür məsələlərə qarışmayacaq, daha doğrusu, formal olaraq Azərbaycanı qınayacaqlar, amma əslində heç nəyə qarşı çıxa bilməyəcəklər, hətta NATO sülhməramlıları ora girsə belə, onlar heç nəyə qarşı çıxa bilməyəcəklər", – deyən Lepexin bu məsələdə Rusiyanın mövqeyinə toxunub bildirib ki, Rusiya Ermənistana münasibətdə, Paşinyandan əvvəl də yanlış mövqe tutub:
"Paşinyan hakimiyyətə gələndə rus siyasətçilər onunla necə münasibətlər quracağını başa düşmədilər. Rusiya Paşinyanın mövqeyi sayəsində ordan getməyə məcbur olacaq. Ermənistanın taleyi isə ümidsizdir. Çünki Ermənistanın cənub sərhədləri əsas strateji hədəfdir. Bu dəhliz bu və ya digər şəkildə açılacaq", – deyə Lepexin söhbətini yekunlaşdırıb.,
Vəli Həsənov,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ