Ermənistanın təxribatları dünya mediasında

Ermənistanın təxribatları dünya mediasında Ermənistanın təxribatları dünya mediasında
"BBC World Radio"nun "Newsday" proqramında  Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun müsahibəsi baş tutub.
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən "Report"a verilən məlumata görə, səfir proqramda Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını geri çəkməli olduğunu, regionda davamlı sülhün yalnız Ermənistanın işğala son qoymasından sonra mümkünlüyünü diqqətə çatdırıb. O, ərazisinin 20 faizi işğal edilmiş Azərbaycanda Ermənistan tərəfindən etnik təmizləmə siyasətinin həyata keçirildiyini bildirib.
Səfir jurnalistin erməni tərəfinin mülki şəxslərinin həlak olması ilə bağlı sualına cavab olaraq bildirib ki, təmas xəttinin Ermənistan tərəfinin nəzarətində olan hissəsi əslində işğal edilmiş və daha öncə ermənilərin məskunlaşmadığı ərazidir, burada demək olar ki,  mülki əhali yoxdur və daha çox hərbi hissələr üstünlük təşkil edir. Əksinə təmas xəttinin sıx məskunlaşmış Azərbaycan tərəfi isə mütəmadi olaraq Ermənistan ordusunun atəşinə tuş gəlir. Səfir son təxribatlar zamanı Azərbaycanın 14 mülki şəxsinin qətlə yetirildiyini, 40-dan çox yaralının olduğunu bildirib.  O, bu təxribatların məhz Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq suveren ərazilərində həyata keçirildiyinə xüsusi diqqət çəkib.
Azərbaycanın xarici ölkələrdən, xüsusilə də Türkiyədən hərbi kömək alması,  guya Ermənistana məxsus təyyarənin Türkiyəyə məxsus F-16 təyyarəsi vasitəsilə vurulması, Suriyadan gələn döyüşçülərin muzdla orduya cəlb edilməsi ilə bağlı iddialara cavab olaraq, səfir bildirib ki, Azərbaycanda F-16 təyyarələri yoxdur, Türkiyə isə ümumiyyətlə hərbi münaqişəyə cəlb olunmayıb və  ölkəmizə hər zaman diplomatik dəstək verib. Ermənistan təyyarəsinin vurulması uydurmadır və müasir texnologiya vasitəsilə bunu sübut etmək olduqca asandır. Suriyalı döyüşçülərlə bağlı şaiyələrin qətiyyən həqiqəti əks etdirmədiyini, Azərbaycandan isə Suriyaya döyüşməyə gedən şəxslərin qanunla cinayətə cəlb olunduğunu diqqətə çatdırıb.
Tərəflərin danışıqlar masasına geri dönməsi ilə bağlı sualına səfir bildirib ki, 20 ilə yaxındır ki, Ermənistan və Azərbaycanın ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlarda iştirak edir, lakin bu danışıqlar bir nəticə verməyib. Xüsusən son illərdə isə bunun əsas səbəbi Ermənistanın sülhə qarşı çıxması və Azərbaycan tərəfinin substantiv danışıqlarla bağlı çağırışlarına məhəl qoymaması olub.
Müsahibənin tam versiyası ilə internet səhifəsindən tanış olmaq mümkündür.
Həmçinin nüfuzlu "Newsweek" mətbu orqanına müsahibəsində səfir Süleymanov bildirib ki, danışıqlar üzrə vasitəçiliyi həyata keçirən Minsk  Qrupunun həmsədri qismində ABŞ-beynəlxalq hüquqa uyğun olaraq, Ermənistan hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasında dayanıqlı mövqe göstərməlidir. Çünki işğalçı qüvvələrin çıxarılması yalnız Azərbaycan üçün deyil, Ermənistanın özünə də fayda gətirəcək, onun və regionun dinc gələcəyini təmin edəcək. İşğalçı qüvvələr geri çəkilməzsə atəşkəs dayanıqlı olmayacaqdır. 
Müsahibənin tam versiyası ilə internet səhifəsindən tanış olmaq mümkündür. /oxu.az

Siyasi       Tarix: 02 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 krimnal bugun şou biznes xəbərləri xabar az