Ermənistanın "Zəngəzur dəhlizi" ilə bağlı şərtini Azərbaycan niyə qəbul etmir? - PƏRDƏARXASI MƏQAMLAR

Ermənistanın Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe regionda bəzi dövlətlərin marağına xidmət edir. 2020-ci il 10 noyabr bəyannaməsinin 9-cu bəndini yerinə yetirməkdən imtina edən Ermənistan, Naxçıvanla Azərbaycanın əsas ərazisini birləşdirəcək quru yolun açılmasına mane olur. 10 noyabr bəyannaməsini imzalayan Ermənistanın baş naziri Paşinyan öz öhdəliyini yerinə yetirməkdən yayınır. Ermənistan cəmiyyəti də bir mənalı olaraq Zəngəzur dəhlizinə qarşıdır.
Mövzu bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Natiq Miri bildirib ki, bu gün Ermənistanda bir nömrəli gündəmdə olan məsələ Zəngəzur dəhlizidir:
"Bununla bağlı parlamentin sədri Simonyan da açıqlama verib. Deyib ki, Azərbaycana təkliflər verilib və sadələşdirilmiş keçid konteksində Azərbaycandan dəmiryol vasitəsi ilə daşınan yüklər yoxlanmadan Naxçıvana keçə bilər. O, bildirib ki, bu kontekstdə Azərbaycanın cavablarını gözləyirlər. Eyni zamanda bu, Ermənistandakı müxalifət qüvvələrinin də gündəmini təşkil edir. Çünki bundan Nikol Paşinyan hökumətinin əleyhinə istifadə etmək istəyirlər. Artıq Qarabağ kartı ilə erməni cəmiyyətini Paşinyana qarşı kütləvi şəkildə qaldırmaq mümkün olmadığını hiss edirlər. Bu baxımdan Zəngəzur dəhlizini yeni ərazi itkisi kimi cəmiyyətə təqdim etməklə məsələni gündəmdə saxlayırlar. Paralel olaraq qlobal güclərin Zəngəzur dəhlizinin açılmasında geosiyasi maraqlarını nəzərə alsaq, bir tərəfdən Çin, digər tərəfdə Türkiyə, eyni zamanda Qərb dünyası da bu tranzit nəqliyyat kommunikasiya sisteminin fəaliyyətini dəstəkləyir".
Ermənistanın Daha sonra, Ermənistanın istəklərindən danışan politoloq bildirib ki, İrəvan Culfadan İrana dəmiryolu xəttini bərpa etmək niyyətindədir:
"Ermənistan indiki vəziyyətdə sadəcə dəmiryol vasitəsi ilə daşınacaq yüklərin yoxlanmadan keçməsini təmin etmək istəyir. Bu, təkcə Azərbaycan üçün deyil, həm də erməni ictimai rəyini buna hazırlamaq xarakyeri daşıyır. Ancaq Ermənistanın da Azərbaycandan istəkləri var. Onlar Azərbaycandan gələn yüklərin yoxlanılmadan Naxçıvana keçməsi konteksində bərabərlik və qarşılıqlılıq prinsipinin tətbiq olunmasını istəyir. Bu, o deməkdir ki, Ermənistan 44 km-lik Mehridən Naxçıvana 44 kilometrlik yol verərkən Naxçıvan ərazisindən keçmişdə mövcud olan dəmir yolu vasitəsi ilə İrana, oradan da Hindistana qədər logistik kommunikasiya sistemi əldə edir. Ancaq burada tələblər hüquqi cəhətdən eyni deyil. Ona görə də Azərbaycan Ermənistanın bu şərtini qəbul etmir. Çünki Azərbaycan "Azərbaycandan Azərbaycana" prinsipi ilə konkret tələb ortaya qoyur. Ermənistanın təklif etdiyi qarşılıqlılıq prinsipləri konteksində bu məsələ alınmır. Ona görə ki, Ermənistan Azərbaycan ərazisi olan Naxçıvandan keçməklə növbəti keçidi öz ərazisindən etmir. İrana keçid istəyir. Bu səbəbdən də, "Azərbaycandan Azərbaycana" prinsipi "Ermənistandan Ermənistana" keçid prinsipi kimi qəbul olunmur".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 19 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Almaniya ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanlara malikdir. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var

Hakan Fidanın bu səfəri Azərbaycan-Türkiyə qardaşlıq tarixinin başqa önəmli bir günü ilə üst-üstə düşür. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıd

Prezident onları təltif etdi

Auditorlar Palatası üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərin

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

Ölkələrimizdə əhalinin artması prosesi müşahidə olunur' - Prezident

"Əlbəttə ki, ölkələrimizin əhalisinin gənc və demoqrafik vəziyyətin müsbət olması da üstünlükdür. Çünki bir çox ölkələrdə əhalinin sürətlə azaldığını görürük". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-y

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb. xarici KİV-ə istinadən xəbə

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. xəbər verir ki, mərasim Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanın iştirakı il

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun 2026 futbol xeberleri son xəbər son xeberler bugun 2026 azerbaycan