Ərzaq çatışmazlığının qarşısını almaq üçün tədbirlər həyata keçirilməlidir – AÇIQLAMA

Ərzaq çatışmazlığının qarşısını almaq üçün tədbirlər həyata keçirilməlidir – AÇIQLAMAXəbər verdiyimiz kimi, Avropa Komissiyası (AK) Avropada ərzaq böhranının yaranması məsələsi ilə bağlı gələn həftə üçün xüsusi hesabat hazırlayır. Avropa Komissiyasının rəsmi nümayəndəsi Miriam Qarsia Ferrer bildirib ki, aqrar-sənaye sektorunda yeni çağırışla üz-üzəyik. O qeyd edib ki, indiki mərhələdə Avropa əsas taxıl istehsalçısı olduğu üçün İttifaqın ərzaq təhlükəsizliyinə heç bir təhdid yoxdur. Lakin ticarət mübadiləsinin pozulması səbəbindən qiymət təsirləri olacaq.
Bəs görəsən, Avropa İttifaqının ərzaq təhülkəsizliyi ilə bağlı narahatlığına həqiqətən də ciddi əsas varmı? Avropa bu səbəbdən Rusiyaya tətbiq etdiyi sanksiyaları geri çəkə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Rusiya-Ukrayna müharibəsi dünyanın ərzaq tədarükü zəncirində qırılmaya səbəb oldu:
"Bu qırılma gələcəkdə daha çox fəsadlara səbəb olacaq. Hansısa dövrdə olan çatışmazlıq, kataklizmlər, logistika əməliyyatlarının həyata keçirilməməsi, aqro-texniki vasitələrlə məhsuların becərilməməsi gələcəkdə bazarlara mənfi təsir göstərir və ərzaq qıtlığı daha da genişlənir. Hazırda gedən hərbi əməliyyatlar məhz bundan xəbər verir. Gələcəkdə baş verəcək ərzaq qıtlığı ilə bağlı BMT-nin proqnozlarında həqiqət payı var. Ərzaq çatışmazlığının qarşısını almaq üçün indidən tədbirlər həyata keçirilməlidir. Strategiya və yol xəritələri müəyyən edilməlidir. Rusiyaya tətbiq olunan siyasi, iqtisadi sanksiyalar Aİ-nin ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir".
Ərzaq çatışmazlığının qarşısını almaq üçün tədbirlər həyata keçirilməlidir – AÇIQLAMAPolitoloq bildirib ki, ərzaq və enerji təhülkəsizliyi ilə bağlı digər məqamlar da gündəmdədir:
"Müharibə bitdikdən sonra sanksiyaların hansısa formada yumşaldılacağına dair fikirlər səsləndirilir. İndi ərzaq təhlükəsizliyi ilə yanaşı enerji təhlükəsizliyi də ön plandadır. Çünki Aİ-nin neft və qaza olan tələbatının əhəmiyyətli hissəsini Rusiya ödəyir. Hazırda Avropanın qaz tələbi çox yüksək səviyyədədir. Lakin enerji təhlükəsizliyi ilə yanaşı digər vacib məqamlar da var. İlk növbədə xammal çatışmazlığı və ehtiyacların daha da genişlənməsi müşahidə olunacaq. Lakin hərbi əməliyyatlar yekunlaşdıqdan sonra sanksiyalar paketinə baxıla bilər. Bu isə Rusiyanın müharibədən hansı nəticələrlə çıxacağı və Qərbin maraqlarının nədən ibarət olacağından asılıdır. Lakin bu, gələcəyin problemidir. Təəssüflər olsun ki, tərəflər arasındakı danışıqlar nəticə vermir. Müharibə yekunlaşmır və regiona muzdlular cəlb olunur. Bu isə çox təhülkəli tendensiyadır və müharibənin müddətinin uzadılmasına hesablanıb".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 16 mart 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeber idman xeberleri sou biznes xeberler bugun