"Əsas hədəf milli iqtisadiyyatın yeni bir çərçivədə inkişaf modelini qurmaqdır"
"Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 iyul 2016-ci ildə imzaladığı "Maliyyə Sabitliyi Şurasının yaradılması" haqqında fərmanı ləğv edərək, 9 sentyabr tarixində Azərbaycan Respublikasının İqtisadi Şurasının əsasını qoydu. Bir fərmanın ləğvi və əvəzində yeni bir qərarla tam fərqli bir şuranın yaradılması özlüyündə iki əsas məsələni ehtiva edir".
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Elmir Səfərli deyib.
Ekspert bildirib ki, Maliyyə Sabitliyi şurasının yaradılması milli valyutanın sabitliyinin formalaşdırılması üçün çox önəmli bir qərar idi:
"Birinci məsələ ondan ibarətdir ki, Maliyyə Sabitliyi Şurasının yaranma zərurəti ilkin olaraq 2015-2016-cı illər ərzində baş verən qlobal iqtisadi böhranın nəticəsindən asılı olaraq formalaşmışdır. Belə ki, bu müddət ərzində dünya birjalarında neftin qiymətinin kəskin dəyişməsi, iki dəfə arxa arxaya Azərbaycanda devalvasiyanın baş verməsi və eləcə də, bu proseslərin iqtisadi sabitlik üzərində neqativ təsirləri artıq böyük həcm almağa başlayırdı. Lakin Maliyyə Sabitliyi şurasının yaradılması bu proseslərin tənzimlənməsi, iqtisadi artım tempinin doğru bir şəkildə təqib edilməsi və milli valyutanın sabitliyinin formalaşdırılması üçün çox önəmli bir qərar idi. Elə adından da görsənir ki, bu şuranın fəaliyyətinin əsas məqsədi makroekonomik indikatorların istənilən səviyyədə tənzimlənməsini həyata keçirtməkdir. Təbii ki, bu illər ərzində atılan addımların və görülən işlərin nəticəsi artıq fayda vermişdir. Bu dövrdə ölkəmiz müəyyən makro iqtisadi göstəricilər üzrə qlobal reytinqlərdə irəliləmiş, maliyyə göstəricilərində sabitlik yaratmış, sosial-iqtisadi fəallığı formalaşdırmışdır".
Elmir Səfərli qeyd edib ki, maliyyə sabitliyinin kövrəkliyinin artması, iqtisadi artım tempinin aşağı düşməsi İqtisadi Şuranın yaradılmasını zəruri hala gətirdi:
İkinci məsələ isə, növbəti period üçün iqtisadi sabitliyin qorunması və sosial-iqtisadi rifahın yaxşılaşdırılması, iqtisadi artım tempinin yüksəldiməsi istiqamətindədir. Aydındır ki, 2020-ci ildə dünyanın hər yerini cənginə alan pandemiyanın iqtisadi sağlamlığa vurduğu zərər də qaçılmaz oldu. Belə ki, qlobal olaraq maliyyə sabitliyinin kövrəkliyinin artması, iqtisadi artım tempinin aşağı düşməsi, sosial iqtisadi rifahın azalması, iqtisadiyyatda dəyişkənliyin ortaya çıxması İqtisadi Şuranın yaradılmasını zəruri hala gətirdi. Şuranın qarşısında müəyyənləşdirilmiş hədəflər mövcuddur. Əsas hədəf və maraq milli iqtisadiyyatın yeni bir çərçivədə inkişaf modelini qurmaqdır. Təbii ki, burada atılacaq addımlar çox önəmlidir. İqtisadi Şuranın həyata keçirəcəyi planlar milli iqtisadiyyatın tez-tez dəyişə bilən qlobal və yerli risklərə qarşı həsssaslığının azaldılmasında, milli iqtisadi sabitliyin təmin edilməsində, müasir iqtisadi strategiyaların hazırlanmasında xüsusi fayda verməlidir.
Mən düşünürəm ki, İqtisadi Şura ilkin olaraq 5 illik və 10 illik xüsusi strateji xəritə hazırlamalıdır. Bu xəritə üzrə bütün atılacaq addımlar müzakirə olunmalı və qarşıya qoyulan əsas hədəflərin reallaşdırılması istiqamətində tətbiq edilməli, nəticəsi təqib olunaraq müzakirə olunmalıdır. Bu həm hədəflərlə faktiki dəyişikliklər arasında standard yayınmaların ölçülməsinə köməklik göstərəcək, həm də növbəti addımlar üçün praktiki və fundamental əsas yaradacaq".
"Şuranın əsas fəaliyyət istiqamətləri dayanıqlı iqtisadi artım mənbələrini formalaşdırmaq, özəl investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafını artırmaq və müxtəlif sahələr üzrə birbaşa xarici yatırımların diversifikasıyasını tənzimləmək olmalıdır. Təbii ki, rəqəmsal iqtisadiyyata keçid, yaşıl iqtisadiyyatın tətbiqi və eləcə də, innovativlik də, əsas inkişaf meyarları sırasında diqqətə alınmalıdır. Hesab edirəm ki, bu çərçivədə alınacaq müəyyən qanunların qəbulu, müasir idarəçilik tərzlərinin tətbiqi, real hüquq müxanizmasının təkmilləşdirilməsi, rəqabətqabilliyyətliliyin artırılması, şəffaf biznes mühitinin formalaşdırıması və eləcə də, müxtəlif sahələr üzrə özəl sektorla dövlətin birgə çalışmaları İqtisadi Şuranın qərar qəbul etmə intensivliyini və faydalılıq əmsalını artıracaqdır", - ekspert deyib.
Təhməz Əsədov
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar